Modern.az

Nazirlik yarmarkadakı balın keyfiyyətinə cavabdeh deyil

Nazirlik yarmarkadakı balın keyfiyyətinə cavabdeh deyil

4 Oktyabr 2018, 14:37

Oktyabrın 5-dən 28-dək Bakıda Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyi əvvəlki illərdən fərqli olaraq, bu il hər il yarmarkanın təşkilati və məhsulların keyfiyyəti məsələləri üçün cavabdehlik daşımayacaq. Bu il nazirlik yarmarkanın yalnız təşkilati məsələlərinə görə cavabdeh olacaq.

 

Modern.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq şöbəsinin müdiri Asəf Ömərov jurnaslitlərə açıqlamasında bildirib.

A.Ömərov qeyd edib ki, yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub:

 

“Astara və Aran iqtisadi rayonlarından daha çox arıçılıq məhsulları daxil olub".

Nazirlik rəsmisi deyib ki, hazırda Azərbaycanda 271.682 arı ailəsi var: "Hər arı ailəsindən illik məhsuldarlıq orta hesabla 10 kq, illik respublika üzrə bal istehsalı 3.000 ton, bal istehlakı 5.000 tondur. Ən çox arı ailəsi Zaqatala (1.7097), Astara (12.429), Qax (9.125), Lerik (8.669) və Balakəndədir (8.581)".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!