Modern.az

ABŞ Moskvanın ünvanına təhdid səsləndirdi

ABŞ Moskvanın ünvanına təhdid səsləndirdi

4 Oktyabr 2018, 18:23

ABŞ müdafiə naziri Ceyms Mettis Rusiyanı ona qarşı tədbir görəcəkləri ilə təhdid edib.

 

Modern.az Ria Novosti agentliyinə istinadən xəbər verir ki, Pentaqon rəhbəri Rusiyanın Yaxın və Orta mənzilli raketlər razılaşması çərçivəsinə qayıtmayacağı təqdirdə ona qarşı tədbir görüləcəyini bildirib.

O, bununla ABŞ-ın NATO-dakı daimi nümayəndəsi  Key Beyli Xatçisonun sözlərini təsdiqləyib.

 

“Daimi nümayəndə Xatçisonun da bildirdiyi kimi Rusiya Yaxın və Orta mənzilli raketlər razılaşmasına geri qayıtmalıdır. Əks təqdirdə ABŞ müqavilənin şərtlərini belə laqeydsizliklə pozulmasına görə cavab tədbiri görməli olacaq” – Mettis bildirib.

 

Onun sözlərinə görə ABŞ həm diplomatiya həm də müdafiə sahəsində cavab verə bilər.

Qeyd edək ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison ABŞ-ın Rusiyanın müqavilə şərtlərini pozan yeni raketlərin istehsalını davam etdirəcəyi təqdirdə bu raketləri hazır olmamış məhv edə biləcəyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır