Modern.az

Almaniya səfiri: Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir

Almaniya səfiri: Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir

Aktual

4 Oktyabr 2018, 18:55

Almaniyanın Azərbaycandakı səfirliyi Alman Birliyi Günü münasibətilə rəsmi qəbul təşkil edib. Modern.az xəbər verir ki, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, diplomatik korpus, eləcə də geniş ictimaiyyət nümayəndələrinin iştirak etdiyi təntənəli tədbirdə öncə Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib. Bundan sonra çıxış edən Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab ölkəsinin, eyni zamanda alman xalqının birləşməsi tarixindən söz açıb.

 

Səfir bildirib ki, hər sahədə uğurlar böyükdür.

"Bu il federal kansler Azərbaycanda olub. Siyasi və iqtisadi layihələr həyata keçirilir. Almaniya Cənub qaz dəhlizi layihəsində iştirak edir.  Başqa bir sahədə əlaqələrimiz mədəniyyəti əhatə edir. Sevinirəm ki, Azərbaycanda alman dilinə böyük maraq var".

 

Diplomat Qarabağ münaqişəsinin tənzimlənməsindən də söz açaraq deyib ki, ölkəsi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

 

Səfirin sözlərinə görə, status-kvonun belə qalması yolverilməzdir.

 

“Almaniyanın kansleri Merkel də bu fikirdədir”.

 

Minsk Qrupunun fəaliyyətinə toxunan səfir "Söhbət ondan getmir ki, format dəyişməlidir, yox, əsas odur ki, müsbət nəticə olsun"- deyib.

 

Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, yüzillər boyu Azərbaycanda hökm sürmüş tolerantlıq ölkəmizə sürgün olunmuş almanların yerli şəraitə uyğunlaşması üçün stimul olub. Alman memarlar Azərbaycanda gözəl sənət əsərləri yaradıblar. Cənubi Qafqazda alman məskənlərinin 200 illiyi ilə bağlı prezidentin sərəncamına toxunan nazir müavini deyib ki, bununla bağlı bir sıra tədbirlər keçirilib.

Nazir müavini Azərbaycanın Almaniya ilə əlaqələrə böyük önəm vediyini vurğulayıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!