Modern.az

ABŞ-ın yeni nüvə bombası bu tarixdə istifadəyə veriləcək

ABŞ-ın yeni nüvə bombası bu tarixdə istifadəyə veriləcək

5 Oktyabr 2018, 11:04

ABŞ-ın B61-12 nüvə bombasının layihə qiymətləndirilməsi başa çatıb.

Modern.az saytı ABŞ mətbuatına istinadən xəbər verir ki, bu haqda ölkənin Milli Nüvə Təhlükəsizliyi Administrasiyası bəyanat verib.

Bildirilib ki, nüvə bombasının birinci nümunəsi 2020-ci ilin martında istifadəyə veriləcək.

B61-12ı ABŞ nüvə arsenalının yenilənməsi proqramı çərçivəsində hazırlanıb. Bu bombalar silahlanmada B61-3, B61-4, B61-7, B61-10-u  əvəz edəcək.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri Milli Nüvə Təhlükəsizliyi Administrasiyası ilə birgə bu ilin iyununda ilk dəfə "B-2 Spirit" strateji bombardmançı təyyarələrdə B61-12 idarə olunan nüvə bombasını sınaqdan keçirib. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir