Modern.az

“Ankara - Yerevan münasibətlərinin gələcəyi Qarabağ münaqişəsinin həllindən asılıdır”

“Ankara -  Yerevan münasibətlərinin gələcəyi Qarabağ münaqişəsinin həllindən asılıdır”

8 Dekabr 2009, 11:24

Birləşmiş Ştatlarda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə Ağ Evdə görüşdən sonra Vaşinqtonun Willard otelində xarici və türk jurnalistlər üçün mətbuat konfransı keçirib. Modern.az-ın  məlumatına əsasən, mətbuat konfransında prezident Obama ilə görüşünün təfərrüatı haqda məlumat verən baş nazir ABŞ-Türkiyə münasibətləri, iqtisadi əməkdaşlıq, enerji layihələri, Əfqanıstan, NATO və Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşdırılmasından bəhs edildiyini bildirib.  Türkiyənin Azərbaycanla müttəfiqliyini təkrar-təkrar vurğulayan Ərdoğan rəsmi Ankara ilə Yerevan arasındakı münasibətlərin gələcəyinin Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olduğunu söyləyib

 Türkiyə baş naziri Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından dərin narahatlığını ifadə edərək bunun regionun gələcəyinə kölgə saldığını deyib. O, prezident Obama ilə görüşündə Ermənistanla münasibətlərin normallaşmasının Ermənistan-Azərbaycan münaqişəsinin həllindən asılı olduğunu söylədiyini bildirib.   Ərdoğanın sözlərinə görə Dağlıq Qarabağ münaqişəsi nə qədər tez yoluna qoyulsa, Türkiyə ilə Ermənistan arasındakı problemlər də bir o qədər tez aradan qalxar.Jurnalistlərin Türkiyə-Ermənistan diplomatik protokollarının təsdiq olunacağı haqda sualı cavablandıran baş nazir qeyd edib ki, Türkiyə demokratik dövlətdir.Onun hökuməti Yerevanmla münasibətləri normallaşdırmaq üçün üzərində düşən öhdəliyi yerinə yetirib.Lakin diplomatik anlaşma haqda razılıq parlament komissiyalarında müzakirə olunmalı və sonradan millət vəkillərinin əksəriyyətinin müsbət rəyini almalıdır. Bu isə, Ərdoğanın sözlərinə görə, bir müddət vaxt apara bilər. O, bir daha vurğulayıb  ki, Ermənistan-Azərbaycan danışıqlarının gedişatı sənədin təsdiqinə təsir göstərəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi