Modern.az

İnterpolun itkin rəhbəri tapıldı - YENİLƏNİB

İnterpolun itkin rəhbəri tapıldı - YENİLƏNİB

5 Oktyabr 2018, 17:27

İnterpolun itkin düşmüş rəhbəri Men Hunvey Çində istintaq altındadır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı Hunveyi Çin hüquq-mühafizə orqanları saxlayıb. Onun saxlanılma səbəbləri barədə dəqiq məlumat yoxdur.  

  

XXX

İnterpolun rəhbəri Men Hunvey yoxa çıxıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Lion şəhər polisi artıq onun axtarışlarına başlayıb.

 

Sentyabrın 29-da Çinə səfər edən təşkilat rəhbəri artıq 1 həftədir ki, telefonlara cavab vermir. Onun itkin düşməsi barədə polisə şikayəti Lionda yaşayan həyat yoldaşı edib.

 

Xatırladaq ki, 2016-cı ildə 64 yaşlı Men Hunvey İnterpola rəhbər təyin edilib. O, buna qədər Çinin İctimai Təhlükəsizlik Nazirliyində çalışıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı