Modern.az

“Taliban” polis rəsisi də daxil olmaqla 7 polisi öldürdü

“Taliban” polis rəsisi də daxil olmaqla 7 polisi öldürdü

7 Oktyabr 2018, 22:54

Əfqanıstanda "Taliban" radikal hərəkatı hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib. Modern.az xəbər verir ki, hücum ölkənin Vardak vilayətində törədilib.

Hücum nəticəsində hüquq-mühafizə orqanlarının 7 üzvü ölüb. Ölənlər arasında Seyidabad rayonun polis bölməsinin rəisi də var.

 

Məlumata görə, güc strukturları bir neçə terrorçunu məhv etməyə nail ola biliblər, lakin onların dəqiq sayı məlum deyil. Hal-hazırda rayon güc strukturları və milli müdafiə qüvvələrinin nəzarəti altındadır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir