Modern.az

“BakuBus”da sərnişinlərin itirdikləri: Telefon, şəxsiyyət vəsiqəsi...

“BakuBus”da sərnişinlərin itirdikləri: Telefon, şəxsiyyət vəsiqəsi...

8 Oktyabr 2018, 11:16

Sentyabr ayında “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 7 ədəd çanta, 5 ədəd mobil telefon, 3 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd pulqabı, 1 nəfərə məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, 1 nəfərə məxsus pasport və 1 nəfərə məxsus iş vəsiqəsi sahibinə təhvil verilib.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyi (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

O qeyd edib ki, sahiblərinə çatdırılması üçün 34 sənəd, kart və əşya Bakı Şəhər Baş Polis İdarəsinə, 6 sənəd isə “Poçtap” xidmətinə təqdim edilib:

“Həmçinin, sentyabr ayında avtobuslarda tapılan Rəhilə Əziz qızı Əhmədova, İlkin Əlipənah oğlu Əlişzadə və Eldar Camal oğlu Əhmədova məxsus şəxsiyyət vəsiqəsi, Əliyar Ramin oğlu Şəfiyevə məxsus hərbi bilet, Fərid Vidadi oğlu Cabbarlıya məxsus sürücülük vəsiqəsi, Anar Sadıqov, Qabil Quliyev və Babək Nağıyevə məxsus bank kartları, Günay İldırım qızı Zeynallıya məxsus iş vəsiqəsi, Səbuhi Əli oğlu Abbasova və Zaur Məcid oğlu Həmzəyevə məxsus müxtəlif sənədlər “BakuBus” MMC-dədir. İçərisində Tutu Nəcməddin qızı İsgəndərovaya məxsus şəxsiyyət vəsiqəsi və Röya Ataş qızı Xanışovaya məxsus tələbə bileti olan çantalar, Gülər Akif qızı Məmmədovaya məxsus diplomun surəti olan qovluq, eləcə də sahibləri məlum olmayan əşyalar “BakuBus” MMC-də saxlanılır”.

Qurum rəmisi deyib ki, vətəndaşlar “BakuBus” MMC-yə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər.

 

Qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir