12 dekabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Deputat Tahir Süleymanov: “Mən xanımların kaprizlərinə də göz yumuram” - MÜSAHİBƏ
Deputat Tahir Süleymanov: “Mən xanımların kaprizlərinə də göz yumuram” - MÜSAHİBƏ
08.10.2018, 11:47

“Yol polisi məni tanıyır, yanlarından keçəndə xidməti salam da verir”

“Baxırsan, tənbəl, işləmək istəməyən adamdır, deyir ki, Qarabağ əliliyəm, pul ver” 

 

Milli Məclisin deputatı Tahir Süleymanoav Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.

- Tahir müəllim, necəsiniz?

- Çox sağ olun, həmişə yaxşı olasınız.

- Deyəsən Bakıya az-az gəlirsiniz. Daha doğrusu Bakıda yaşamağa üstünlük vermirsiniz.

- Mənim Bakıda da evim var. Amma Şabranda yaşayıram, Bakıdan bir saatlıq yoldu. Mən Şabranda, rayonda yaşamağı daha üstün tuturam. Çünki orada doğulmuşam. Həm də orada mənim seçicilərim, tanıdığım, bir yerdə oturub-durduğum insanlar yaşayır. Bu mənim üçün daha yaxşıdır, nəinki Bakı.

- Yəqin ki, Bakıda sıxılırsınız...

- Bəli. Rayon mühiti, Şabranın, Qalaaltının havası mənə Bakının havasından daha yaxşı təsir edir.

- Paytaxtda eviniz də var. İl ərzində Bakıda nə qədər vaxt keçirirsiniz?

- 25-30 gün ancaq olar. Bütün il boyu uzağı bir ay Bakıda oluram.

- Şabranda, təbiət qoynunda gəzirsinizmi?

- Mən həmişə səhər saat 6-da oyanıb, idmanla məşğul oluram. Gəzirəm. Gündəlik 8-10 km səhər və axşam gəzintisində oluram. Yüngül idmanla məşğul olmaq mənə daha yaxşı təsir edir.

- Qidalarınıza necə, diqqət edirsinizmi?

- Əlbəttə. Bir gün  Şabrana mənim həyətimə qonaq gəlsəniz, bağımızı, bostanımızı görə bilərsiniz. Həyətimizdə yaxşı yumurta verən toyuqlarımız var. Həyətdə kənd təsərrüfatı məhsulları əkib-becəririk.

- Özünüz edirsiniz, yoxsa adam tutursunuz buna görə?

- O bağ-bağatı ancaq özümüz – ailə üzvlərimizlə birlikdə becəririk. Demək olar, bütün qidamız təbiidir, həyətimizdəndir.

- Bəs restoranlarda oturub yemək yeyəndə özünüzü necə hiss edirsiniz?

- Hərdən xaricdən gələn, ya da iş yerimizdən dəvət etdiyimiz qonaqlarımız olur. Müəyyən qədər restoran, kafelərə yolumuz düşür. Şabranda, evimizdə də süfrə açıb, qonaqlarımızı qəbul edirik. Çalışırıq ki, qonaqlara Bakımızın gözəl, səfalı yerlərini göstərək, onlar da ölkəmizdən xoş təəssüratla ayrılsınlar.

- Seçicilərinizi Şabranda qəbul edirsiniz, yoxsa Bakıda?

- Həm rayonda, həm də paytaxtda müraciət edənlər olur. Hava şəraitindən asılı olaraq, demək olar hər gün evimdən iş yerimə piyada gedib-gəlirəm. Seçicilərimlə xeyir-şər məclislərində də tez-tez görüşürük. Ofisə müraciət edə bilməyənlərin problemlərini də o məclislərdə dinləyirəm. Mən millət vəkili seçilməzdən əvvəl də insanların içərisində olmuşam. Rayonda demək olar, hamısı öz qohum-əqrəbalarımızdır.

- Tahir müəllim, deputatın işi kimisə işə düzəltmək deyil. Bu, təbiidir. Siz seçicilərə problemlərini həll etməkdə köməklik göstərirsiniz. Bəs özünüzdən asılı olmayan səbəblərdən kiməsə yardım edə bilməyəndə narahatlıq keçirirsinizmi?

- Çox narahat oluram. Elə məsələlər var, mənim kömək edə biləcəyim dairədən kənar olur. Mən seçicilərimlə danışır, məsləhətlərimi verirəm.  Ayrılıqda bəzi orqanlarla da əlaqə saylayıb, seçicinin problemini həll etməyə çalışıram. Bacardığım qədər seçicilərimə yardım edirəm. Tək Şabran deyil, Siyəzən rayonu da mənim seçildiyim 54-cü seçki dairəsinə daxildir. Ona görə, Siyəzəndə Yeni Azərbaycan Partiyasının qərargahında seçicilərimi qəbul edirəm. Mən seçicilərimin həlli çətin problemlərində onlara kömək etdikdə onlardan çox sevinirəm, rahatlaşıram.

Elə seçicilər var, xəstəliyi, tibbi problemi ucbatından bizə müraciət edir. Müalicəsi burada mümkün olmayan şəxsi bəzən xaricə göndəririk. Tələbələr olur ki, ödənişli universitetə daxil olur, ailə pulunu verə bilmir. Belə məsələlərdə bacardığım qədər kömək edirəm.

- Sizin deputat statusunuzdan sui-istifadə edib, yararlanmağa çalışan seçiciləriniz, qohumlarınız olurmu?

- Elə insanlar hər yerdə var. Baxırsan, tənbəl, işləmək istəməyən adamdır, deyir mən Qarabağ əliliyəm, mənə pul ver. Təbii ki, Qarabağ əlilinə kömək etmək lazımdır. Amma bundan sui-istifadə etmək düzgün deyil.

Baxırsan, 20-25 yaşında cavan oğlandı. İşləmək imkanı, qabiliyyəti var. Soruşuram, niyə işləmirsən, deyir iş yoxdur. Nə ali təhsili, nə də orta təhsili var, amma hansısa sənaye müəssisəsində 300-400 manata işləmək istəmir. Halbuki rayon yerində bu maaş normaldır. Həyat yoldaşı da işləyib, ev büdcəsinə yardım etsə, problemləri həll etmək mümkündür. Üstəlik, bu insanlar rayonda, kənddə yaşayır, amma yumurtanı, südü, qatığı bazardan alır. Belə adamlarla danışmaq olmur.

Mən hesab edirəm ki, bu əmin-aman ölkəmizdə, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə açılan yeni iş yerlərində çalışmaq lazımdır. Ailəni saxlamaq üçün şəxsi təsərrüfat da inkişaf etdirmək olar.

Həmişə qadınlar iş yerlərinin olmamasından şikayətlənirdi. İndi Şabran şəhərində böyük xalçaçılıq fabriki tikilib. Quşçuluq fabriki, Taxıl Məhsulları Kombinatı və s. böyük müəssisələr var. Siyəzəndə “Siyəzən neft”, kərpic zavodu, broyler fabriki fəaliyyət göstərir. Rayon əhalisi bu fabriklərdə çalışa bilər.

- Bu sualı vermək zərurəti yarandı. Taxıl Məhsulları Kombinatının sizinlə hər hansı əlaqəsi varmı?

- Mən 1993-cü ildən 2000-ci ilə qədər kombinatın direktoru olmuşam. 1998-ci ildə açılan birinci özəlləşdirmə proqramında mən kombinatı özəlləşdirmişəm. O vaxtdan etibarən bu müəssisə Məhdud Məsuliyyətli Cəmiyyət olub. 2000-ci ildə isə ulu öndərin tövsiyəsi ilə Yeni Azərbycan Partiyasından namizədliyim irəli sürüldü. Deputat seçiləndə qanuna uyğun olaraq, işdən çıxdım. Bundan sonra etibar etdiyim bir insanı, yaxınımı müəssisənin direktoru təyin etdim. Artıq 18 ildir müəssisənin direktor vəzifəsi ilə əlaqəm yoxdur. Sadəcə, Müşahidə Şurasının sədriyəm. Bu o deməkdir ki, kombinatın inkişafında zəhmətim var. Kollektivə hər zaman öz tövsiyələrimlə yardım etməyə çalışıram.

Mənə müraciət edən seçicilərim arasında işə ehtiyacı olanları Taxıl Məhsulları Kombinatına yönləndirirəm. Müəssisənin direktoru mənim tövsiyəmlə seçicilərə köməklik göstərir. Yaxud, bəzi sakinlərin kommunal borcları, pula ehtiyacı olur. Həmin müəssisələrlə danışıb, qaydasına qoymağa çalışıram. Çətinlik olanda, həmin müəssisədən seçicilərin ödəyə bilmədiyi borclarını bağlamağı rica edirəm.

- Bəs özünüz niyə ödəmirsiniz?

- Kombinatın çətinlikləri olanda mən də onlara kömək edirəm. Mən özümə aid səhmləri hazırkı rəhbərliyə etibar etmişəm. Ona görə, yaxşı münasibətlərimiz formalaşıb.

- Şabranda məmurlar, nazirlər qonağınız olurmu?

- Bəli. Məmurlar arasında da mənə yaxın, dost olan insanlar var. Bütün həmkarlarımla normal münasibətlər saxlayıram. Amma bəzi məmurlarla münasibətlərimiz daha isti formadadır.

- Məsələn, kimlərlə?

 - Dostlarımın adını çəkməyim düzgün deyil. Amma qeyd etməliyəm ki, bütün nazirlərlə, deputatlarla demək olar, yaxşı əlaqələrimiz var. Bəzən onlar özləri də maraqlanır ki, Şabran rayonunun deputatı kimdir. Əvvəl telefonla əlaqə yaranır, sonra görüşürük, münasibətlər formalaşır.

- Mətbuatda belə iddialar səslənirdi ki, keçmiş MTN işçiləri çox yerə ilişiblər. MTN sizə də “qarmaq atmışdımı”?

- Mən 2000-ci ildən Milli Məclisin üzvüyəm. Belə fikirdə olan insanlar deputata qarşı o fikirə düşməzlər. Düşünmürəm ki, onlar, MTN  millət vəkilinə oyun qurmaq barədə nəsə planlaşdırıb.

- Eldar Mahmudovu şəxsən tanıyırdınızmı?

- Mən onları televizorda, mətbuatda görmüşəm. Başqa nazirləri adətən Milli Məclisdə görürük. Amma milli təhlükəsizlik, müdafiə nazirləri Milli Məclisə gəlmirlər. Onları daha çox dövlət tədbirlərində, mətbuatda görürük.

- Bir qızınız var, səhv etmiriksə...

- Bəli, Kəmalə xanım. Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Aspiranturada təhsilini davam etdirib, tibb üzrə fəlsəfə doktoru adını alıb. Hazırda Şabran rayon xəstəxanasında baş həkimin müavini olaraq çalışır. Nəvələrim də var və artıq ikisini evləndirmişik. Hər kəsə toy və şadlıq arzu edirəm.

- Həyat yoldaşınız nə işlə məşğuldur? Onunla tanışlığınız necə olub?

- Evdar qadındır. Həyat yoldaşımla orta məktəbdə birinci sinifdən birlikdə oxumuşuq, hətta eyni partada oturmuşuq. Tanışlığımız da məktəb illərindən başlayıb.

Bakıda və Moskvada Ümumittifaq Yeyinti Sənaye İnstitutunu bitirmişəm. Taxıl məhsulları üzrə iki ali məktəb oxumuşam. Azərbaycana gələndə məni ən çətin sahələrə yönəltdilər. O vaxt bizdə xalça fabriki var idi və ən çətin müəssisə idi. Məni həmin müəssisəyə 1981-ci ildə direktor təyin etdilər. 1985-ci ildə fabrik mükafat belə aldı. Ondan sonra xalq hərəkatı başladı, çətin dövr başladı. Həmin ərəfələrdə məni Dəvəçi (indiki Şabran) və Siyəzən rayonlarının çörək zavodunun direktoru təyin etdilər. Həmin vaxtlarda bütün ölkədə çörək qıtlığı var idi. Çörək bişirmək üçün Dağıstandan, Dərbənddən un gətirməli olurduq.

1993-cü ildə məni uzun illər tikilən, işə düşməyən Taxıl Məhsulları Kombinatına direktor təyin etdilər. Bu ulu öndərin tapşırığı idi. Cəmi 7-8 aya kombinatı böyük çətinliklə işə saldıq. Respublika rəhbərliyi də həmin müəssisənin açılışında iştirak etdi.

- İndiyə qədər həyat yoldaşınızla sözünüzün çəp gələn vaxt olubmu?

- Xeyr. Onunla təhsil aldığıız müddətdə yaxşı yol getmişik. Ümumiyyətlə mən həmişə qızlarla, xanımlarla yaxşı yola getmişəm. Mən məktəb illərində həm də kəndin kolxoz sədrinin oğlu idim. Ona görə, ötkəm olmuşam, sözüm də keçib. Atam bundan başqa, 50 il məktəb direktoru olub.

- Maraqlıdır, qızlarla hər zaman mehriban dolanan Tahir Süleymanovun sonuncu parlament seçkilərində rəqibi xanım - Elza Seyidcahan oldu...

- Elza xanımı 2015-ci il seçkilərinə qədər tanımırdım. Onun namizədliyini normal qarşıladım. 54 saylı seçki dairəsindən mənə alternativ 12 nəfər var idi. Onlardan biri də Elza Seyidcahan idi. Eybi yox, nə olar ki?! Bu, Elza xanımın hüququdur. Seçicilər isə kimə istəyir, ona səs verir. Mən qalib gəlmişəmsə, Elza Seyidcahan xanımı pisləməli deyiləm ki?!

- Amma Elza xanım başqa iddialar irəli sürürdü...

- Nə deyə bilərəm?! Mən xanımların kaprizlərinə də göz yumuram. Mən ona can sağlığı arzu edirəm. Allah övladlarını da xoşbəxt etsin.

- Seçkilərdən sonra Elza xanımla görüşə bildinizmi?

- Yox, görüşməmişdik. Nə mən tərəfdən, nə də onun adından təşəbbüs oldu.

- Milli Məclis rəhbərliyi ilə münasibətləriniz necədir?

- 4 çağırış deputat seçilmişəm. Mənim bu fəaliyyətimə ən yüksək qiyməti möhtərəm Prezident İlham Əliyev verib. 10 il bundan əvvəl 60 illik yubileyimdə “Şöhrət” ordeni ilə təltif olundum. Buna görə, Prezidentimə, Milli Məclisin rəhbərliyinə və Mehriban xanım Əliyevaya minnətdaram. Çünki  vitse-prezident Siyəzən, Şabran və digər rayonlarda Heydər Əliyev Fondunun hesabına çox işlər gördü. Ona görə, biz də seçicilərimizin yanında üzüağ oluruq.

- Tahir müəllim, avtomobilinizi özünüzmü idarə edirsiniz?

- Mən 25 yaşımdan maşın sürürəm. İndi də avtomobilimi özüm idarə edirəm. Sadəcə bəzi hallarda Bakıdakı tıxacı gözləməyə səbrim çatmır, ona görə sürücüm idarə edir. Amma uzun yol gedəndə maşınımı özüm sürürəm və bunu sevirəm.

- Heç sizi yol polisi saxlayıbmı?


- Yol polisləri məni tanıyır, maşınımın nömrəsini bilirlər. Hətta polisin yanından keçəndə xidməti salam da verirlər. Hər kəs mənə hörmətlə yanaşır. Mənim onlara hörmətim də sonsuzdur. Onlar çox ağır şəraitdə çalışırlar, hər cür insanla rastlaşırlar.

- El arasında belə fikir formalaşıb, Şimal zonası kriminal bölgə kimi tanınır. Siz də belə düşünürsünüz?

- Deməzdim. Şimal zonasının insanları qürurludur. Ən çətin zamanda gəlib, kiməsə ağız açar, kömək istəyərlər. Hamısı öz halal zəhmətilə çalışan insanlardır. Mən heç zaman doğulub, böyüdüyüm, yaşadığım Şabran rayonunda kriminal faktla üzləşməmişəm. Xaçmaz, Quba, Siyəzən, Qusar və s. rayonların camaatı da zəhmətkeşdir. İnsanların zəhmətkeş olduğu yerlərdə kriminallara da çox az rast olunur. Camaatın işləmədiyi, çayxanalara yığıldığı yerlərdə isə cinayətlər, kriminallar baş alıb gedir.

- Heç xaricə dincəlməyə gedirsinizmi?

- Çox oluram xaricdə. 10 il NATO Parlament Assambleyasında ölkəmizi təmsil etmişəm. Dincəlməyə isə getmirəm. Daha çox Qalada oluram. Şimal zonasında, Qalaaltında yerləşən sanatoriyada da tez-tez istirahət edirəm. Orada olan şərait heç yerdə yoxdur.

- Həmişə yaxşı geyinirsiniz. Yerli mallara üstünlük verirsiniz, yoxsa xarici brendlərə?

- Heç vaxt bahalı, brend malları almıram. Həmin paltarlarda özümü rahat hiss etmirəm. Normal qiymətə olan, geyinə biləcəyim geyimləri alıram.

 

Aqşin KƏRİMOV

Aysel ASLAN


Aqşin KƏRİMOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Strasburqun mərkəzində atışma - ölən və yaralananlar var
12.12.2018, 00:25

Strasburqun mərkəzində atışma - ölən və yaralananlar var

Heydər Əliyevin anım günüdür
12.12.2018, 00:00

Heydər Əliyevin anım günüdür

Çaylarda suyun səviyyəsi dəyişdi
11.12.2018, 23:38

Çaylarda suyun səviyyəsi dəyişdi

ATƏT PA-nın sədri: "Təcavüzkara qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır"
11.12.2018, 23:07

ATƏT PA-nın sədri: "Təcavüzkara qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır"

Gəncədə məktəbin zirzəmisindən 161 patron tapıldı
11.12.2018, 22:04

Gəncədə məktəbin zirzəmisindən 161 patron tapıldı

Vahid Ələkbərovun seksist olduğu üzə çıxdı
11.12.2018, 20:49

Vahid Ələkbərovun seksist olduğu üzə çıxdı

“Əbədi məşəl”in divarına dırmaşan gənc kimdir? - Polisə müraciət olunacaq
11.12.2018, 20:43

“Əbədi məşəl”in divarına dırmaşan gənc kimdir? - Polisə müraciət olunacaq

Əfqanıstanda TERROR: 12 ölü
11.12.2018, 20:07

Əfqanıstanda TERROR: 12 ölü

Bakıda daha bir piyada ÖLÜMÜ
11.12.2018, 20:05

Bakıda daha bir piyada ÖLÜMÜ

Sabah Rusiya Baş Qərargah rəisi ilə NATO generalı Bakıda GÖRÜŞƏCƏK
11.12.2018, 19:41

Sabah Rusiya Baş Qərargah rəisi ilə NATO generalı Bakıda GÖRÜŞƏCƏK

Heydər Əliyev ideyaları: uğurlarımızın qarantı
11.12.2018, 19:31

Heydər Əliyev ideyaları: uğurlarımızın qarantı

İlham Əliyev NATO komandanını qəbul etdi
11.12.2018, 19:28

İlham Əliyev NATO komandanını qəbul etdi

7-ci sinif şagirdi ilə evlənən Mirismayıl müəllim işləməyib
11.12.2018, 19:15

7-ci sinif şagirdi ilə evlənən Mirismayıl müəllim işləməyib

“Novo Nordisk” Qarabağa dərman ixrac etməyib
11.12.2018, 19:07

“Novo Nordisk” Qarabağa dərman ixrac etməyib

Türkiyədə polis rəisi güllələnib öldürüldü - 2 nəfər yaralandı
11.12.2018, 18:34

Türkiyədə polis rəisi güllələnib öldürüldü - 2 nəfər yaralandı

Dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayrıldı
11.12.2018, 18:22

Dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayrıldı

Azərbaycan qanunlarını pozan əcnəbilər barədə qərar verilib  
11.12.2018, 18:07

Azərbaycan qanunlarını pozan əcnəbilər barədə qərar verilib  

Bir qrup jurnalist “İlin adamı” elan edildi
11.12.2018, 18:00

Bir qrup jurnalist “İlin adamı” elan edildi

Zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib
11.12.2018, 17:42

Zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib

Jurnalistin atasını öldürən sürücünün məhkəməsi davam etdi - Şahidlər DANIŞDI   
11.12.2018, 17:41

Jurnalistin atasını öldürən sürücünün məhkəməsi davam etdi - Şahidlər DANIŞDI  

Rusiyalı hərbçi Ermənistanda qətl törətdi
11.12.2018, 17:31

Rusiyalı hərbçi Ermənistanda qətl törətdi

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək   
11.12.2018, 17:24

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək  

“Bakcell”dən abunəçilərə möhtəşəm Yeni İl HƏDİYYƏSİ
11.12.2018, 17:10

“Bakcell”dən abunəçilərə möhtəşəm Yeni İl HƏDİYYƏSİ

Azərbaycanlı deputatlar Vyetnamda - FOTO   
11.12.2018, 17:06

Azərbaycanlı deputatlar Vyetnamda - FOTO  

Manat və dollar sabah hansı MƏZƏNNƏDƏ olacaq?
11.12.2018, 17:02

Manat və dollar sabah hansı MƏZƏNNƏDƏ olacaq?

“Mercedes”in vurduğu piyada öldü - BAKIDA
11.12.2018, 16:56

“Mercedes”in vurduğu piyada öldü - BAKIDA

Akif Nağı: “Qarabağ mitinqinin məqsədini başa düşmək istəmirlər”   
11.12.2018, 16:51

Akif Nağı: “Qarabağ mitinqinin məqsədini başa düşmək istəmirlər”   

Fransada etiraz aksiyaları səngimir
11.12.2018, 16:51

Fransada etiraz aksiyaları səngimir

İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı
11.12.2018, 16:47

İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı

“SABAH” qrupları Təhsil fakültəsi yeni layihəyə başlayıb
11.12.2018, 16:41

“SABAH” qrupları Təhsil fakültəsi yeni layihəyə başlayıb

İlqar Məmmədovun evini yardılar
11.12.2018, 16:30

İlqar Məmmədovun evini yardılar

YAP Gəncə şəhər təşkilatında Heydər Əliyevin xatirəsi anılıb
11.12.2018, 16:20

YAP Gəncə şəhər təşkilatında Heydər Əliyevin xatirəsi anılıb

Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO   
11.12.2018, 16:19

Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO  

UNEC-də Heydər Əliyevin anım gününü qeyd olunub
11.12.2018, 16:13

UNEC-də Heydər Əliyevin anım gününü qeyd olunub

Rövşən Rzayev köçkünləri qəbul etdi
11.12.2018, 16:12

Rövşən Rzayev köçkünləri qəbul etdi

Orta məktəbin həyətində 2 ədəd mina tapıldı
11.12.2018, 16:08

Orta məktəbin həyətində 2 ədəd mina tapıldı

Dünyanın ən zəngin azərbaycanlısı öz varisi barədə DANIŞDI
11.12.2018, 15:48

Dünyanın ən zəngin azərbaycanlısı öz varisi barədə DANIŞDI

“Nar” Azərbaycanda yaşıl enerjinin tətbiqini dəstəkləyir
11.12.2018, 15:44

“Nar” Azərbaycanda yaşıl enerjinin tətbiqini dəstəkləyir

Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb - SİYAHI
11.12.2018, 15:39

Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb - SİYAHI

Ötən il ilə müqayisədə 11,5 faiz çox pambıq qəbul edilib
11.12.2018, 15:31

Ötən il ilə müqayisədə 11,5 faiz çox pambıq qəbul edilib

Sürücülər dumana düşdülər - Yol polisi onları müşayiət etdi - VİDEO
11.12.2018, 15:30

Sürücülər dumana düşdülər - Yol polisi onları müşayiət etdi - VİDEO

Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı - FOTOLAR
11.12.2018, 15:22

Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı - FOTOLAR

İran yeni ballistik raket sınaqlarını TƏSDİQLƏDİ
11.12.2018, 15:16

İran yeni ballistik raket sınaqlarını TƏSDİQLƏDİ

Daş bazarında ciddi bahalaşma olub - SƏBƏBLƏR  
11.12.2018, 15:00

Daş bazarında ciddi bahalaşma olub - SƏBƏBLƏR  

Manvel Qriqoryan məhkəmə zalında özündən getdi
11.12.2018, 14:49

Manvel Qriqoryan məhkəmə zalında özündən getdi

Əhali bu il ərzağa, siqaretə, içkiyə nə qədər pul xərcləyib?
11.12.2018, 14:44

Əhali bu il ərzağa, siqaretə, içkiyə nə qədər pul xərcləyib?

Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular
11.12.2018, 14:37

Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular

Liderləri Tanrı seçir...   
11.12.2018, 14:28

Liderləri Tanrı seçir...  

Azərbaycanda övladlığagötürmə sistemi təkmilləşdirilir
11.12.2018, 14:24

Azərbaycanda övladlığagötürmə sistemi təkmilləşdirilir

Transsərhəd xəstəliklərinə dair seminar keçirilib
11.12.2018, 14:03

Transsərhəd xəstəliklərinə dair seminar keçirilib

ARXİV