Modern.az

Azərbaycanda telekanal yayımını bərpa etdi

Azərbaycanda telekanal yayımını bərpa etdi

8 Oktyabr 2018, 16:35
Bu gündən etibarən "ARB:24" televiziyasının yayımı bərpa edilib.
 
 
Modern.az Unikal.org-a istinadən məlumat verir ki, ARB:24-ün Tovuzda yerləşən mərkəzi binası və texniki avadanlıqları Bakıya köçürülüb. İxtisaslaşmış ilk ümumrespublika xəbər kanalı kimi fəaliyyət başlayıb.
 
 
Qeyd edək ki, bir müddət öncə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə "Türkel TV" MMC-yə ümürespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib: "Ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq”.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir