Modern.az

Telejurnalist Ceyhun Əli ATV-dən ayrıldı

Telejurnalist Ceyhun Əli ATV-dən ayrıldı

Media

8 Oktyabr 2018, 22:14

“Hər bir yenilik zamanında baş verir və bu dəyişikliyi qəbul etməklə də növbəti mərhələ üçün addım atmış olursan. Daxili enerjini, peşə və sənətinə olan sevgini daha yaxşı ifadə etmək üçün”.

Modern.az xəbər verir ki, bunu "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətindən ayrılan telejurnalist Ceyhun Əli öz "Feysbuk" səhifəsində yazıb.

 

Telejurnalist daha sonra qeyd edib ki, artıq İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışacaq.

 

“İctimai Televiziya və Radio Yayımları Şirkətinin Analitik-İnformasiya və İnformasiya proqramlarında görüşəcəyik. Hər birinizə ötən həftədən bəri etdiyiniz təbrik,dilək və arzularınız üçün təşəkkür edirəm”,- deyə o qeyd edib.

 

Qeyd edək ki, Ceyhun Əli uzun illərdir ATV-də çalışırdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı