Modern.az

Tikinti şirkətlərindəki korrupsiya ilə bağlı 55 şikayət daxil olub - AÇIQLAMA

Tikinti şirkətlərindəki korrupsiya ilə bağlı 55 şikayət daxil olub - AÇIQLAMA

9 Oktyabr 2018, 10:56

2018-ci ilin yanvar ayından bu günə qədər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 3007 şikayət daxil olub.

Modern.az xəbər verir ki, bu sözləri Baş prokurorun müavini, Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyeb deyib.

O bildirib ki, şikayətlərdən 181-i sırf özəl sektorun fəaliyyəti ilə bağlıdır.

“Onların 55-i mənzil-tikinti şirkətləri ilə bağlıdır”. K.Əliyev bildirib ki, eyni zamanda idarəyə əsassız şikayətlər də daxil olur. “Bu da ondan irəli gəlir ki, bəzən şikayət edən şəxslər özləri də nəyin qanunsuz əməl olduğunu bilmirlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi