Modern.az

Ermənistan dekabrda növbədənkənar seçki keçirəcək

Ermənistan dekabrda növbədənkənar seçki keçirəcək

9 Oktyabr 2018, 14:01

Ermənistan parlamentinin bir qrup deputatı baş nazir Nikol Paşinyana müraciət edərək, növbədənkənar parlament seçkilərinin dekabr ayında keçirilməsini dəstəkləyib.

 

Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, müraciətə Respublika Partiyasından Taçat Vardapetyan, Alik Sarqsyan, Arman Saakyan və Akop Akopyan qoşulub. Bundan başqa, “Tsarukyan” blokundan İşxan Zakaryan, bitərəf Samvel Aleksanyan və Arutyun Karapoqosyan da təklifə imza atıblar.

 

Bundan əvvəl, Nikol Paşinyan parlament seçkilərinin dekabr ayında keçirilməsi üçün razılaşma əldə etmişdi. Ümumilikdə, Nikol Paşinyanın seçki təklifini parlamentin 55 deputatı dəstəkləyir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir