Modern.az

Dünyanın ən güclü pasportlarının SİYAHISI - Azərbaycan neçəncidir?

Dünyanın ən güclü pasportlarının SİYAHISI - Azərbaycan neçəncidir?

9 Oktyabr 2018, 17:18

ABŞ-ın “Henley and Partners” şirkəti 2018-ci ildə dünyanın ən güclü pasportlarının reytinqini tərtib edib.

 

Modern.az təşkilatın saytına istinadən xəbər verir ki, pasport üçün əsas kriteriya kimi vizasız səfər edilə biləcək ölkələrin sayı olub.

 

Bu baxımdan ilk pillədə Yaponiya durur. Belə ki, “gündoğar” ölkənin vətəndaşları 190 ölkəyə vizasız səfər edə bilirlər.

Uzun illər ən güclü pasporta malik ölkə sayılan Almaniya isə Cənubi Koreya və Fransa ilə (188) 2-4-cü yerləri bölüşürlər.

 

Rusiya pasportu 47-ci (199 ölkə), Ukrayna 41-ci (128 ölkə), Gürcüstan isə 50-ci (112 ölkə) yerdə qərarlaşıb. Ölkəmiz bu reytinqdə 76-cı pillədə (66 ölkə) yerləşib.

 

Ən zəif pasporta malik ölkələr Pakistan, Somali, Suriya, İraq və Əfqanıstan hesab olunur. Bu ölkələrin pasportları 15-30 ölkəyə vizasız getməyə imkan verir.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir