17 oktyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - İQTİSADİYYAT - Vergilər naziri: “Bu dəstəkdən sui-istifadə hallarının sayı artır”
Vergilər naziri: “Bu dəstəkdən sui-istifadə hallarının sayı artır”
09.10.2018, 22:01

“Ölkə iqtisadiyyatında müşahidə olunan müsbət trendlər fonunda cari ilin 9 ayında 5 milyard 298 milyon manat həcmində proqnoza qarşı 5 milyard 306 milyon manat vergi toplanıb, proqnoza 100,2 faiz əməl olunub. Ödənilən vergilərin 65,8 faizi qeyri-neft sektorunun payına düşür”.

Modern.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı bildirib.

 

Mikayıl Cabbarov qeyd edib ki, neft-qaz sektorunda həyata keçirilən investisiya layihələrinin aktiv fazasının başa çatması qeyri-neft sektorundan vergi daxilolmalarına təsir etsə də, qeyri-neft sektorunun digər sahələrindən daxilolmaların artması, həmçinin neft sektorundan olan artım hesabına 2018-ci ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz və ya 81,4 milyon manat çox vəsait toplanıb: “Cari ilin 9 ayında qeyri-neft sektorunun özəl bölməsındən vergi yığımları 7 faiz artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 51 faizdən 59 faizə yüksəlib.

 

Regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi, o cümlədən yeni iş yerlərinin açılması vergitutma bazasının genişləndirilməsi ilə nəticələnib, hesabat dövründə regionlardan vergi daxilolmaları 508,0 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,0 faiz artıb. Tədiyə növləri üzrə aparılan təhlil göstərir ki, qeyri-neft sektorundan daxil olan bütün vergi növləri üzrə artım qeydə alınıb.

Cənab Prezident, Siz vergi orqanları qarşısında “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsi, vergi mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqlar qoymusunuz.

Bunlardan ən önəmlisi, sahibkarlıq fəaliyyətinin şəffaflığı problemidir. Azərbaycanda yaradılmış əlverişli iqtisadi mühit, böyük daxili istehlak bazarının mövcudluğu, ixracın təşviqi üçün görülən tədbirlər insanları sahibkarlıq fəaliyyətinə stimullaşdırır. Lakin, bu sahədə hələ də uçotsuz fəaliyyət, qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdlərinin geniş yayıldığı ilə qarşılaşırıq.

 

Bu kimi halların qarşısının alınması olduqca vacibdir. Təkcə ona görə yox ki, bu, vergi yığımı üçün böyük potensialdır və büdcə gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir. Həm də ona görə ki, qanunauyğun fəaliyyət göstərən vergi ödəyicilərinin mənafeləri bu haqsız rəqabətə uduzmasın. Bu fəaliyyətin həm dövlət, həm vətəndaş üçün faydalı olmasının əsas şərti hər kəsin qanun qarşısında bərabər olmasıdır”.

 

Nazirin sözlərinə görə, sadələşdirilmiş verginin əhatə dairəsinin hər il genişləndirilməsinin təhlili nəticəsində müəyyən edilib ki, verilən bu dəstəkdən sui-istifadə hallarının sayı artır: “Kifayət qədər dövriyyəyə malik, böyük əməliyyatlar aparan bir sıra iri vergi ödəyiciləri tərəfindən dövriyyələrin “parçalanması”, müxtəlif yollarla sadələşdirilmiş vergitutma rejimində qalmaqla vergidən yayınmaq üçün cəhdlər edilir.

 

Ayrı-ayrı sahələrin inkişafı üçün tətbiq olunan vergi güzəştlərinin əhəmiyyəti danılmazdır, lakin istehsalçılarda gəlir və xərclərin uçotunun olmadığı bir şəraitə bu, məhsulları satış məqsədləri üçün əldə edən üçüncü şəxslərin vergidən yayınmaları üçün əlavə imkanlar yaradır.

 

Əlbəttə, vergi ödəyicilərinin fəaliyyətində uçot sisteminin zəifləməsində müəyyən qədər vergi orqanlarının da payı olub. Vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində deyil, ən asan üsulla - dövriyyənin hesablanmasına yönəldilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətini itirməsi, vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin həcminin ilbəil artması, özəl biznesə qarşı qəbuledilməz metodların tətbiqi kimi xoşagəlməz halları qeyd etmək olar. Nəticə etibarilə illərlə yaranmış artıq ödəmələr cari ilin vergi proqnozunun icrasında obyektiv çətinliklər yaradır.

 

Uzun müddət formalaşmış vergi ödəmə vərdişlərinin dəyişdirilməsi çətin, lakin həllini tələb edən prosesdir. Vergi administrasiyası bu istiqamətdə öz fəaliyyətinin vergi mühitinin şəffaf, bərabər, hamı üçün eyni və əvvəlcədən təxmin edilən prinsiplər əsasında qurulmasını davam etdirəcək.

 

Cari ildə göstərilən problemlərin həlli, vergitutma bazasının genişləndirilməsi, biznesin açıq və şəffaf fəaliyyətinin təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Nazirlik tərəfindən vergi ödəyiciləri ilə şəffaf münasibətlərin qurulmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi hesabına qeyri-neft sektorunda dövriyyələr 7,1 faiz artaraq 44 milyard manatı ötüb. Ticarətdə dövriyyə 18,4 faiz, o cümlədən pərakəndə ticarət dövriyyəsi 27,9 faiz artıb. Bu dinamika şəffaflaşmanın erkən əlamətləri kimi qəbul edilə bilər. Vergi ödəyicilərinə öz uçot sənədləşmə işlərini qaydaya salmağa imkan yaratmaq üçün səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb.

 

Zati-aliləriniz tərəfindən Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin fəaliyyətinin daha sıx əlaqələndirilməsi məqsədilə bu ilin aprel və iyun aylarında imzalanmış sərəncamlara ayrıca toxunmaq istərdim”.

 

Mikayıl Cabbarovun sözlərinə görə, Dövlət Gömrük Komitəsi ilə birlikdə idxal-ixrac əməliyyatlarına effektiv nəzarət sisteminin qurulması istiqamətində tədbirlər həyata keçirilir: “Xüsusi olaraq, Vahid Risk Platformasının tətbiqini qeyd etmək istərdim. Bu sahədə rastlaşdığımız əsas problemlərdən biri üçüncü şəxslər üçün malları idxal edən vergi ödəyiciləri ilə bağlı idi. Düzdür, bəzi məsələlərin həllini hələlik başa çatdıra bilməmişik. Oktyabrın 5-də hər iki qurumun keçirdiyi birgə kollegiya iclasında açıq qalan məsələlərin həlli yolları müzakirə edildi. Ümidvarıq ki, Dövlət Gömrük Komitəsi ilə birlikdə bu işləri cari ilin sonuna qədər yekunlaşdıra biləcəyik. Hesab edirik ki, həyata keçirilən tədbirlərin çox müsbət fiskal nəticələri olacaq.

 

Tapşırığınıza uyğun olaraq, aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib, ən iri 30 istehsalçıda cari ilin avqustun 1-dən aksiz postları qurulub. Bir məhsul növünün adı altında faktiki olaraq digərinin istehsalının, saxta aksiz markalarından istifadənin və aksiz markası olmadan məhsul satışının qarşısı alınıb. Nəticədə, araq istehsalı və daxili bazarda satış həcmi cari ilin ötən dövrü ilə müqayisədə avqust və sentyabr ayları üzrə orta hesabla 3 dəfə artıb.

 

Aksizsiz tütün məhsullarının daxili bazarda satışının qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində keçirilən tədbirlər nəticəsində daxili bazarda qaçaq malın payı cari ilin əvvəlindəki 19 faizdən 3 faizə enib. İlin əvvəlindən dövlətin nəfinə müsadirə olunan və təhvil verilən tütün məmulatlarının dəyəri 13 milyon manata yaxındır. Qanunsuz olaraq daxili bazara yol tapmış tütün məhsullarının müsadirə edilərək satışdan çıxarılması nəticəsində yerli məhsulların istehsalında canlanma yaranıb. Belə ki, yerli istehsalçıların daxili bazarda satış həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövründə 75 faiz artıb.

 

2018-ci ilin 9 ayı ərzində vergi ödəməkdən yayınma faktları üzrə istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyandan 17,6 milyon manat məbləğin ödətdirilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çoxdur.

 

Prioritetlərimiz sırasında vergi ödəyicilərindən daxil olan şikayətlərin baxılması işinin təkmilləşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsini qeyd etmək istərdim.

 

Qarşımıza qoyduğunuz tələblərə əsasən, vergi administrasiyasının açıq və şəffaf fəaliyyəti istiqamətində proses davam etdirilir. Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı inam atmosferinin yaradılması, vergilərin könüllü ödənilməsinə keçidin təmin edilməsi üçün bütün qüvvələr səfərbər olunub.

 

Vergilər Nazirliyi vergi ödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə, vergi nəzarəti proseslərinin avtomatlaşdırılmasına çalışır. Blokçeyn texnologiyası əsasında qurulmuş həllər daxil olmaqla, qərəzsiz və dəqiq təhlil-qeydiyyat sistemlərinin tətbiqi istiqamətində işlərə başlanıb. Vergi ödəyicilərinin fəaliyyətinin risk modulları üzərindən təhlil olunması, vergidən yayınma hallarının müasir texnologiyalara əsaslanaraq aşkar edilməsi, vergi nəzarəti metodlarının təhlil olunmuş məlumatlar əsasında seçilməsi ilə auditin real funksiyalarının bərpası istiqamətində işlər gücləndirilib”.

 

Nazirin sözlərinə görə, aparılan islahatların daha bir mühüm qolu vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlıdır: “Cari il ərzində sahibkarların ictimai təşkilatları və konsaltinq şirkətləri ilə sıx təmaslarımız olub. Bu görüşlərdə biz sahibkarları narahat edən məsələləri, onları öz fəaliyyətlərinin daha da genişləndirmək üçün maraqlandıran təşviqedici mexanizmləri müzakirə etmişik.

 

Nəticədə Vergi Məcəlləsinə hazırlanmış dəyişikliklər paketi özündə bir neçə mühüm istiqaməti əhatə edir. Bunlar vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılması, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsi, vergitutma rejiminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi, inzibatçılığın və nəzarətin gücləndirilməsi, güzəştlərin iqtisadi səmərəsinin yüksəldilməsindən ibarətdir.

 

Cənab Prezident, bu dəyişikliklər sırasında digər orqanlarla elektron məlumat mübadiləsinin genişləndirilməsi məsələləri ilə bağlı Sizin dəstəyinizə ehtiyacımız var. Bu məlumatlara çıxış vergi ödəyicilərinə keyfiyyətli xidmətin göstərilməsi ilə yanaşı, fəaliyyətimizi daha da məhsuldar edəcək.

 

Vergitutma bazasının genişləndirilməsi və sahibkarlıq subyektlərinin fəaliyyət dairəsinin müəyyən edilməsi nəticəsində sadələşdirilmiş verginin sırf kiçik sahibkarlığın istifadə edəcəyi bir vergi növü kimi qalmasına şərait yaradılacaq.

 

Sistemli yanaşmanı təmin etmək üçün vergi güzəştlərinin dövlət büdcəsinin yığımına təsirinin əvvəlcədən hesablanması və effektivliyinin müəyyən müddətdən sonra qiymətləndirilməsi metodikasının işlənilməsi təklif olunur.

 

Sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi, pərakəndə ticarət və iaşədə nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsi, gəlir və xərcin uçotunu aparan kiçik sahibkarların dividend gəlirlərinin vergidən azad olunması, vergiödəyiciləri tərəfindən çəkilən qeyri-kommersiya xərclərinin, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və idman sahələrinə ayrılmış ianələrin müəyyən hissəsinin gəlirdən çıxılması kimi təkliflər edilib.

 

Tapşırığınıza əsasən, əməkhaqqının üzərinə düşən fiskal yükünün azaldılması islahatı hazırladığımız dəyişikliklər sırasında xüsusi yer tutur.

 

Bir çox hallarda əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsi praktikasına sövq edir. Bu vəziyyət “kölgə iqtisadiyyatı”nın genişlənməsinin əsas səbəblərindən biridir. İnzibati tədbirlərin görülməsinə baxmayaraq, bu məsələ problem olaraq qalmaqdadır.

 

İslahatın başlıca məqsədi mövcud əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-neft sektorunun inkişafına əlavə təkan verilməsi və yeni iş yerlərinin açılması üçün sahibkarlarda iqtisadi motivasiyanın yaradılmasıdır. Bu məqsədlə qeyri-neft sektorunda əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti və vahid inzibatçılığın tətbiqi təklif olunur.

 

Güman edirik ki, islahat nəticəsində qeyri-rəsmi məşğulluğun səviyyəsi azalacaq və sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağı artacaq. Bu proses iqtisadi artıma da öz müsbət təsirini göstərəcək.

 

Vergi sahəsində aparılan islahatlar, biznes mühitinin cəlbediciliyinin artırılması üçün həyata keçirilən tədbirlər, informasiya texnologiyalarına əsaslanan vergi inzibatçılığının formalaşdırılması sahibkarlığın inkişafına, ölkəmizin tərəqqisi naminə biznes və vergi orqanlarının səmərəli əməkdaşlığına öz töhfəsini verəcək”.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tbilisidə Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildi
17.10.2018, 01:01

Tbilisidə Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildi

İşğal altındakı yurd yerlərimiz: Höçaz abidələri - Fotolar
17.10.2018, 00:43

İşğal altındakı yurd yerlərimiz: Höçaz abidələri - Fotolar

Bakıda IV Küçə yeməyi festivalı keçiriləcək
17.10.2018, 00:22

Bakıda IV Küçə yeməyi festivalı keçiriləcək

Uşaqlarınızı zəngin olması üçün öyrətməyin
17.10.2018, 00:10

Uşaqlarınızı zəngin olması üçün öyrətməyin

Jurnalistin ölümündə şübhəli bilinən baş konsul İstanbulu tərk etdi
16.10.2018, 23:57

Jurnalistin ölümündə şübhəli bilinən baş konsul İstanbulu tərk etdi

Mingəçevirli gənc bıçaqlandı
16.10.2018, 23:34

Mingəçevirli gənc bıçaqlandı

Azərbaycan nefti ucuzlaşdı
16.10.2018, 23:23

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın U-21 yığması Norveçlə oyunda qələbəni əldən verib
16.10.2018, 23:08

Azərbaycanın U-21 yığması Norveçlə oyunda qələbəni əldən verib

İranın neft ixracı kəskin azalıb
16.10.2018, 22:53

İranın neft ixracı kəskin azalıb

Sarkisyan hökumətin istefasını qəbul etdi
16.10.2018, 22:40

Sarkisyan hökumətin istefasını qəbul etdi

Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq
16.10.2018, 22:21

Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq

“Camal Kaşıkçı öldürülüb və parçalara ayrılıb” - CNN
16.10.2018, 22:04

“Camal Kaşıkçı öldürülüb və parçalara ayrılıb” - CNN

Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin bərpasının 27 illiyi qeyd edilib
16.10.2018, 21:52

Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin bərpasının 27 illiyi qeyd edilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul başlayıb
16.10.2018, 21:41

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul başlayıb

ABŞ-da təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!
16.10.2018, 21:31

ABŞ-da təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

“Azərbaycanlı qızları müdafiə edin!” adlı aksiya keçirildi
16.10.2018, 21:14

“Azərbaycanlı qızları müdafiə edin!” adlı aksiya keçirildi

4 universitetdə FETÖ əməliyyatı
16.10.2018, 20:57

4 universitetdə FETÖ əməliyyatı

Elektron növbə sistemi layihəsinin təqdimatı keçirilib
16.10.2018, 20:44

Elektron növbə sistemi layihəsinin təqdimatı keçirilib

Ukraynada təyyarə qəzası: 2 əsgər öldü
16.10.2018, 20:27

Ukraynada təyyarə qəzası: 2 əsgər öldü

Əhalinin banklarda əmanəti 8 milyard manatı ötüb
16.10.2018, 20:14

Əhalinin banklarda əmanəti 8 milyard manatı ötüb

Nikol Paşinyan istefa verdi
16.10.2018, 20:09

Nikol Paşinyan istefa verdi

Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi - SƏRƏNCAM
16.10.2018, 20:00

Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi - SƏRƏNCAM

Üç nəfərə “Əməkdar artist” fəxri adı verildi
16.10.2018, 19:41

Üç nəfərə “Əməkdar artist” fəxri adı verildi

DTX-nın rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıb
16.10.2018, 19:32

DTX-nın rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıb

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI
16.10.2018, 19:23

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI

Badamdarda xırda uçqunlar və torpaq qopmaları baş verir - Qərargahdan AÇIQLAMA
16.10.2018, 19:14

Badamdarda xırda uçqunlar və torpaq qopmaları baş verir - Qərargahdan AÇIQLAMA

Nazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVAB
16.10.2018, 19:05

Nazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVAB

Mingəçevir Dövlət Dram Teatrının əməkdaşları təltif edilib - ADLAR
16.10.2018, 18:56

Mingəçevir Dövlət Dram Teatrının əməkdaşları təltif edilib - ADLAR

Dövlət başçısı onları mükafatlandırdı - SİYAHI
16.10.2018, 18:46

Dövlət başçısı onları mükafatlandırdı - SİYAHI

Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verildi
16.10.2018, 18:35

Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verildi

Prezident Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI 
16.10.2018, 18:31

Prezident Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI 

Azərbaycanın Poltava şəhərində fəxri konsulu təyin edildi
16.10.2018, 18:23

Azərbaycanın Poltava şəhərində fəxri konsulu təyin edildi

Azərbaycanın Mərakeşdəki səfiri dəyişdirildi - SƏRƏNCAM
16.10.2018, 18:21

Azərbaycanın Mərakeşdəki səfiri dəyişdirildi - SƏRƏNCAM

Azərbaycanın Avropa Şurası və NATO yanında yeni nümayəndələri təyin edildi - ADLAR   
16.10.2018, 18:16

Azərbaycanın Avropa Şurası və NATO yanında yeni nümayəndələri təyin edildi - ADLAR  

Heydər Əliyev Fondu Sankt-Peterburqdakı Nizami bağında bərpa işləri aparıb - FOTO
16.10.2018, 18:07

Heydər Əliyev Fondu Sankt-Peterburqdakı Nizami bağında bərpa işləri aparıb - FOTO

Prezident büdcədən 15,1 milyon manat ayırdı
16.10.2018, 17:50

Prezident büdcədən 15,1 milyon manat ayırdı

QHT Şurasının 10 illiyi ilə bağlı ictimai müzakirə keçirilib - FOTO
16.10.2018, 17:40

QHT Şurasının 10 illiyi ilə bağlı ictimai müzakirə keçirilib - FOTO

Deputat Adil Əliyev Avropada mükafatlandırıldı   
16.10.2018, 17:34

Deputat Adil Əliyev Avropada mükafatlandırıldı  

Komitə sədrləri Çinə gedirlər
16.10.2018, 17:29

Komitə sədrləri Çinə gedirlər

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək
16.10.2018, 17:27

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

Etimad Əsədov dəfn olundu - FOTOLAR
16.10.2018, 17:20

Etimad Əsədov dəfn olundu - FOTOLAR

ABŞ-ın Yerevandakı səfiri Azərbaycan ərazilərinin işğal oluduğunu ETİRAF ETDİ
16.10.2018, 17:10

ABŞ-ın Yerevandakı səfiri Azərbaycan ərazilərinin işğal oluduğunu ETİRAF ETDİ

Bu günədək 126 min tondan çox pambıq yığılıb
16.10.2018, 17:03

Bu günədək 126 min tondan çox pambıq yığılıb

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
16.10.2018, 17:01

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Bağça müdirinə cinayət işi açıldı - Müavini həbs olundu
16.10.2018, 16:49

Bağça müdirinə cinayət işi açıldı - Müavini həbs olundu

Eldar Əzizovdan Bakı Meriyasının Mətbuat xidmətinə yeni TƏYİNAT    
16.10.2018, 16:43

Eldar Əzizovdan Bakı Meriyasının Mətbuat xidmətinə yeni TƏYİNAT  

169 əcnəbi saxlanıldı 
16.10.2018, 16:40

169 əcnəbi saxlanıldı 

ADU-da konsert keçirilib - FOTO
16.10.2018, 16:34

ADU-da konsert keçirilib - FOTO

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
16.10.2018, 16:27

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

“Formula-1”in biletləri satışa çıxarıldı
16.10.2018, 15:55

“Formula-1”in biletləri satışa çıxarıldı

ARXİV