17 oktyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Əkbər Qoşalının işi...  
Əkbər Qoşalının işi...  
10.10.2018, 08:46

Məşhur rus aktyoru Oleq Tabakova sual verirlər:

–      Oleq Pavloviç, səhnədə güldürmək çətindir, yoxsa ağlatmaq?

–      Ağlatmaq asandır, güldürmək çətin, – deyə aktyor fikirləşmədən cavab verir.

Rus aktyorunun bu fikrindən çıxış edərək qarşıya belə bir sual qoyaq: “Bəs gerçək həyatda necədir?” – Həyatda ağlatmaq, incitmək, qəlbə dəymək... asandır, yoxsa, güldürmək, sevindirmək, sevmək, könül xoş etmək..? Ayırmaq, nifaq salmaq, vuruşdurmaq... asandır, yoxsa, birləşdirmək, evləndirmək, yaxın­laş­dırmaq, ülfət..?



Bu girişi təsadüfən vermədim. Dostum Əkbər Qoşalı mənə deyəndə ki, qurucusu olduğu Dünya Gənc Türk Yazarlar Birliyinin bu il 20 yaşı tamamdır, elə ilk yadıma düşən bu mülahizələrim oldu. Düzdür, adı Birlikdir amma bu ada layiq olmaq, onu gerçəkdə həyata keçirmək, mən bilirəm, nə qədər çətindir. Çətindir ona görə ki, bu qurumun adının əvvəlində DÜNYA sözü var. Dünyanın coğrafiyası isə çox böyükdür. Bu qurumun adında TÜRK sözü ilk baxışda “Türksoylu dövlətlərdə yaşayan gənc yazarlar” təsirini bağışlasa da, əslində belə deyil; mən ilk tanışlıqda belə düşünürdüm; amma DGTYB-nin tədbirlərində iştirak etdikcə, coğrafiyasının genişliyini də dərindən başa düşməyə başladım: Rusiya Federasiyasının ucqar­larına – uzaq Sibirə, Avropa, Asiya, Amerika qitələrinə səpələnən türk xalqları... Müxtəlif dövlətlər, müxtəlif xalqlar, eyni kökü olan, rəngarəng adət-ənənəyə, fərqli dinlərə mənsub olan gənc yazarlar... Əslində bu qurum üçün yaş senzi, gənc-yaşlı, qoca söhbəti də yoxdur. Dövlətlər arasındakı sınırlar kimi, yaş da bu ünsiyyət istiliyində buz kimi əriyib gedir (və getməlidir də)...


Günlərin bir günü Əkbər Qoşalı məni Atatürk Mərkəzinə tədbirə çağırdı. Dedi ki, bəs Qazaxıstandan qonaqları gəlib. Vədəsində gəldim. Adət etdiyim kimi, “dəyirmi masa” arxasında yox, qıraqdakı yumşaq kresloya yayxandım. Tədbir başladı. Gördüm ki, bunlar qonaq deyil. Əməlli başlı nümayəndə heyətidir. On-on beş nəfər gənc şair və şairə.


O saat beynimdə riyazi hesablamalar getdi: Qazaxıstandan obaş-bubaş uçuş pulu; mehmanxanada yerləşdirmək; nəqliyyat; səhər, günorta, axşam yeməyi; müxtəlif təşkilatlarda görüşlər; Dövlət Mahnı Teatrında Poeziya gecəsi; xatirə hədiyyələri, yola salmaq...


Elə bunları qiyabi kalkulyatora vururdum ki, yanımdakı divanın üstünə qalaqlanan gödəkçələr tərpənməyə başlandı. Sonra “inqə-inqə” sədaları ətrafı götürdü. Demə, qazax şairələrdən biri körpəsini də özüylə gətiribmiş. Səsi eşidib ana tez özünü çatdırdı və körpəsini sakitləşdirdi.


Bir məsul şəxs kimi Əkbər Qoşalının işi bu sadaladığım prosedurları yola verməklə başa çatmır. Birinci, qayğıları başlayır. Yox, ailə-məişət qayğıları deyil bunlar. O hamımızda var. Çay stolu arxasında bir də görürsən ki, fikirlidir. Heç soruşmursan ki, nə məsələdir. Özü dilə gəlir. Deyir ki, uzaq Xakasiyadan bir nəfəri dəvət etmək istəyirəm, amma təkcə biletinin pulu 2000 manatdır. Azad təbiətli bir insan olaraq gülürəm onun bu qayğılarına; amma fikirləşəndə ki, görülən işlər  bir qurumun öz tədbirlər planının qrafasında “quş qoymaq” kimi məhdud dairədən çox qırağa çıxıb, kömək edə bilməsəm də, alqışlamaqdan başqa əlacım qalmır. Çünki DGTYB həm də DİASPOR fəaliyyətinə öz qiymətli töhfəsini verir. Daha geniş anlamda götürsək – bu qurum sanki qərargahsız SƏFİR(LİK)DİR...


Onun fəaliyyətini analiz etdikcə  yadıma Xalq şairi Nəbi Xəzrinin sovet və müstəqillik dövründə, uzun illər başçılıq etdiyi Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti düşür. Və mən əminəm ki, bu Birliyə lazımı maliyyə dəstəyi göstərilsə, asanlıqla, böyük  sınaqlardan çıxmış o cür Cəmiyyətə çevrilə bilər.


Hələlik isə məhdud maliyyə və Əkbər Qoşalının illərlə şair, ictimai xadim, gözəl insan kimi qazandığı şəxsi hörmətinin, istiqanlılığının, ünsiyyət yaratmaq kimi gözəl keyfiyyətlərinin hesabına Dünya Gənc Türk Yazarlar Birliyi dünya çapında öz fəaliyyətini davam etdirir – Azərbaycanı dünyaya tanıtdırır, Azərbaycana türk dünyasını tanıtdırır. Artıq 20 ildir! 20 il az müddət deyil. El dilində desək, bir igidin ömrüdür. Qiymət verməyi, arzularımı bildirməyi, təbriklərimi çatdırmağı isə bu Birliyin işində seyrçi və müşahidəçi kimi iştirak edən biri kimi özümə borc bildim.

 

HÖRMƏTLƏ:  MAHİR QABİLOĞLU

(Əkbər Qoşalının təbirincə desək – USTADOĞLU) 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Kadırov: “Sən Makqreqoru bir zərbəylə yerə sərməli idin”
17.10.2018, 11:02

Kadırov: “Sən Makqreqoru bir zərbəylə yerə sərməli idin”

ADU-da AXC dövrünün mətbuatı müzakirəyə çıxarıldı
17.10.2018, 10:59

ADU-da AXC dövrünün mətbuatı müzakirəyə çıxarıldı

Azərbaycanda nə qədər yoxsul var? - Nazirlik AÇIQLADI
17.10.2018, 10:46

Azərbaycanda nə qədər yoxsul var? - Nazirlik AÇIQLADI

Rektor Prezident təqaüdü alan 26 tələbə ilə görüşdü - FOTO   
17.10.2018, 10:31

Rektor Prezident təqaüdü alan 26 tələbə ilə görüşdü - FOTO  

Kapital Bank-dan təhsil işçilərinə “Yenə də beş”
17.10.2018, 10:31

Kapital Bank-dan təhsil işçilərinə “Yenə də beş”

Axtarışda olan 37 nəfər tutuldu 
17.10.2018, 10:29

Axtarışda olan 37 nəfər tutuldu 

ADA Universitetində tibbi aksiya keçiriləcək
17.10.2018, 10:08

ADA Universitetində tibbi aksiya keçiriləcək

Kaliforniyada 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib
17.10.2018, 10:03

Kaliforniyada 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib

Hacıqabulda qoyun oğrusu saxlanıldı
17.10.2018, 09:54

Hacıqabulda qoyun oğrusu saxlanıldı

17 oktyabr Yoxsulluqla Mübarizə günüdür - Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi..   
17.10.2018, 09:51

17 oktyabr Yoxsulluqla Mübarizə günüdür - Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi..  

Cəbhədə təxribat - Müdafiə Nazirliyi məlumat yaydı
17.10.2018, 09:49

Cəbhədə təxribat - Müdafiə Nazirliyi məlumat yaydı

Badamdarda vəziyyət daha da təhlükəli həddə çatdı
17.10.2018, 09:31

Badamdarda vəziyyət daha da təhlükəli həddə çatdı

Millətlər Liqasında 4-cü tura yekun vurulub - NƏTİCƏLƏR   
17.10.2018, 09:19

Millətlər Liqasında 4-cü tura yekun vurulub - NƏTİCƏLƏR  

BakuBus-un 3 avtobusu toqquşdu
17.10.2018, 08:59

BakuBus-un 3 avtobusu toqquşdu

Bakının əsas avtomagistrallarında sürət həddi endirildi   
17.10.2018, 08:52

Bakının əsas avtomagistrallarında sürət həddi endirildi  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
17.10.2018, 08:44

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Tbilisidə Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildi
17.10.2018, 01:01

Tbilisidə Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildi

İşğal altındakı yurd yerlərimiz: Hoçaz abidələri - FOTOLAR
17.10.2018, 00:43

İşğal altındakı yurd yerlərimiz: Hoçaz abidələri - FOTOLAR

Bakıda IV Küçə yeməyi festivalı keçiriləcək
17.10.2018, 00:22

Bakıda IV Küçə yeməyi festivalı keçiriləcək

Uşaqlarınızı zəngin olması üçün öyrətməyin
17.10.2018, 00:10

Uşaqlarınızı zəngin olması üçün öyrətməyin

Jurnalistin ölümündə şübhəli bilinən baş konsul İstanbulu tərk etdi
16.10.2018, 23:57

Jurnalistin ölümündə şübhəli bilinən baş konsul İstanbulu tərk etdi

Mingəçevirli gənc bıçaqlandı
16.10.2018, 23:34

Mingəçevirli gənc bıçaqlandı

Azərbaycan nefti ucuzlaşdı
16.10.2018, 23:23

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın U-21 yığması Norveçlə oyunda qələbəni əldən verib
16.10.2018, 23:08

Azərbaycanın U-21 yığması Norveçlə oyunda qələbəni əldən verib

İranın neft ixracı kəskin azalıb
16.10.2018, 22:53

İranın neft ixracı kəskin azalıb

Sarkisyan hökumətin istefasını qəbul etdi
16.10.2018, 22:40

Sarkisyan hökumətin istefasını qəbul etdi

Gürcüstanda prezidentlik üçün 25 namizəd yarışacaq
16.10.2018, 22:21

Gürcüstanda prezidentlik üçün 25 namizəd yarışacaq

“Camal Kaşıkçı öldürülüb və parçalara ayrılıb” - CNN
16.10.2018, 22:04

“Camal Kaşıkçı öldürülüb və parçalara ayrılıb” - CNN

Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin bərpasının 27 illiyi qeyd edilib
16.10.2018, 21:52

Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin bərpasının 27 illiyi qeyd edilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul başlayıb
16.10.2018, 21:41

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul başlayıb

ABŞ-da təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!
16.10.2018, 21:31

ABŞ-da təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

“Azərbaycanlı qızları müdafiə edin!” adlı aksiya keçirildi
16.10.2018, 21:14

“Azərbaycanlı qızları müdafiə edin!” adlı aksiya keçirildi

4 universitetdə FETÖ əməliyyatı
16.10.2018, 20:57

4 universitetdə FETÖ əməliyyatı

Elektron növbə sistemi layihəsinin təqdimatı keçirilib
16.10.2018, 20:44

Elektron növbə sistemi layihəsinin təqdimatı keçirilib

Ukraynada təyyarə qəzası: 2 əsgər öldü
16.10.2018, 20:27

Ukraynada təyyarə qəzası: 2 əsgər öldü

Əhalinin banklarda əmanəti 8 milyard manatı ötüb
16.10.2018, 20:14

Əhalinin banklarda əmanəti 8 milyard manatı ötüb

Nikol Paşinyan istefa verdi
16.10.2018, 20:09

Nikol Paşinyan istefa verdi

Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi - SƏRƏNCAM
16.10.2018, 20:00

Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi - SƏRƏNCAM

Üç nəfərə “Əməkdar artist” fəxri adı verildi
16.10.2018, 19:41

Üç nəfərə “Əməkdar artist” fəxri adı verildi

DTX-nın rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıb
16.10.2018, 19:32

DTX-nın rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıb

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI
16.10.2018, 19:23

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI

Badamdarda xırda uçqunlar və torpaq qopmaları baş verir - Qərargahdan AÇIQLAMA
16.10.2018, 19:14

Badamdarda xırda uçqunlar və torpaq qopmaları baş verir - Qərargahdan AÇIQLAMA

Nazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVAB
16.10.2018, 19:05

Nazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVAB

Mingəçevir Dövlət Dram Teatrının əməkdaşları təltif edilib - ADLAR
16.10.2018, 18:56

Mingəçevir Dövlət Dram Teatrının əməkdaşları təltif edilib - ADLAR

Dövlət başçısı onları mükafatlandırdı - SİYAHI
16.10.2018, 18:46

Dövlət başçısı onları mükafatlandırdı - SİYAHI

Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verildi
16.10.2018, 18:35

Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verildi

Prezident Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI 
16.10.2018, 18:31

Prezident Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI 

Azərbaycanın Poltava şəhərində fəxri konsulu təyin edildi
16.10.2018, 18:23

Azərbaycanın Poltava şəhərində fəxri konsulu təyin edildi

Azərbaycanın Mərakeşdəki səfiri dəyişdirildi - SƏRƏNCAM
16.10.2018, 18:21

Azərbaycanın Mərakeşdəki səfiri dəyişdirildi - SƏRƏNCAM

Azərbaycanın Avropa Şurası və NATO yanında yeni nümayəndələri təyin edildi - ADLAR   
16.10.2018, 18:16

Azərbaycanın Avropa Şurası və NATO yanında yeni nümayəndələri təyin edildi - ADLAR  

ARXİV