Modern.az

Yuşşenko: “Mən baş nazir olmaq istəmirəm,çünki prezident olacam”

Yuşşenko: “Mən baş nazir olmaq istəmirəm,çünki prezident olacam”

Dünya

8 Dekabr 2009, 14:04

Ukraynada prezident seçkisi önü siyasi gərginlik artır. Modern.az-ın “Ria-novosti” agentliyinə istinadən yaydığı məlumata görə, indiki dövlət başçısı Viktor Yuşşenko 2010-cu il yanvarın 17-də keçiriləcək prezident seçkisində əzəli rəqibi Viktor Yanukoviçə məğlub olacağı təqdirdə baş nazr postuna razılıq verməyəcəyini bildirib.  “Açıqca deyim ki, baş nazir mən olmayacam”-deyə Yuşşenko bildirib.  Bununla da dövlət başçısı seçkilərdən sonra baş nazir postu barədə Viktor Yanukoviçlə öz aralarında centlmen razılıq əldə etməsinə dair bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatları təkzib edib. “Mən baş nazir olmayacam, çünki prezident olacam. Mən intriqalarda iştirak etmirəm” deyən indiki prezident əlavə edib ki, Ukrayna vətəndaşları başqa seçim edə bilərlər, lakin bu, onun üçün faciə olmayacaq.  

Bir sıra ekspert rəylərinə görə, Yuşşenkonun indiki prezident postunu qarşıdan gələn seçkilərdə saxlaması şansları çox azdır. Aparılan sorğulara əsasən, onun reytinqi Viktor Yanukoviç və Yuliya Timoşenkodan, eləcədə Ali Radanın keçmiş spikeri Arseni Yatsenyukun reytinqindən aşağıdır.

Qarşıdan gələn prezident seçkisində 16 nəfər iddialıdır.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı