Modern.az

Həbib Putinlə GÖRÜŞƏCƏK

Həbib Putinlə GÖRÜŞƏCƏK

Dünya

10 Oktyabr 2018, 14:02

Mütləq Döyüş Çempionatının (UFC) 229-cu turnirində irlandiyalı rəqibi Konor Makreqoru məğlub edən Həbib Nurməhəmmədov Rusiya prezidenti ilə görüşməyi planlaşdırır.

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, Nurməhəmmədov Vladimir Putinlə oktyabrın 10-da Ulyanovska keçirilən idman forumunda görüşəcək.

İdmançı sırf bunun üçün Rusiyaya qayıdacağını söyləyib.

“Biz elə bunun üçün uçuruq” – UFC çempionu bildirib.

Qeyd edək ki, döyüşdən sonra baş vermiş kütləvi davaya görə UFC rəhbəri Dana Uayt Həbibin titulunun alınmasının nəzərdə tutulduğunu söyləyib. Daha sonra isə Uayt çempionun titulunun qalacağını jurnalistlərə xəbər verib.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı