Arxiv
10 Oktyabr 2018, 17:00 | AKTUAL
Nazirlikdən Modern.az-ın yazısına REAKSİYA - cinsini dəyişənlər yeni kimlik də ala bilir

Ötən gün Modern.az saytında “Günay, Nuray, Nihal...– Azərbaycanda cinsini dəyişənlər rəsmən ad-soyadlarını da dəyişirlər” başlıqlı məqalə dərc olunub.

 

Daxili İşlər Nazirliyi (DİN) yazıya reaksiya verib.

 

Nazirlikdən Modern.az-a daxil olan açıqlamada bildirilib ki, araşdırma xarakterli yazıda qeyd olunan xüsusatlarla əlaqədar Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini Elçin Məmmədov danışıb.

 

O bildirib ki, vətəndaşın adının, soyadının və ata adının dəyişdirilməsi zamanı Nazirlər Kabinetinin hazırda qüvvədə olan “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar” haqqında 2001-ci il 1 mart tarixli Qərarı əldə rəhbər tutulur.

 

Həmin Qərarın 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər, bir sıra hallarda, o cümlədən cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə edilir.

 

“Bu zaman sənədin 4-cü bəndinə əsasən, şəxsin cinsini dəyişməsinin təsdiqi haqqında səhiyyə orqanları tərəfindən verilmış rəsmi rəy əsas götürülür. Həmin sənədlər əsasında ilkin olaraq Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən vətəndaş yeni “Doğum Haqqında Şəhadətnamə” ilə təmin edilir”-deyə E.Məmmədov bildirib.

 

Nazirlik nümayəndəsi cinsini dəyişmiş şəxsin şəxsiyyəti təsdiqləyən sənədlə - yeni “Şəxsiyyət vəsiqəsi” ilə təmin edilməsindən də danışıb.

 

Söyləyib ki, vətəndaş aldığı yeni “Doğum haqqında şəhadətnamə” və qanunvericiliklə tələb olunan digər sənədlərlə Daxili İşlər Nairliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə və ya ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarına, eləcə də “ASAN” Xidmət mərkəzlərinə müraciət edə bilər.

 

Müvafiq araşdırmalardan sonra ona yeni “Şəxsiyyət vəsiqəsi”nin verilib-verilməməsinə dair qərar qəbul edilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
 İlham Əliyev  dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib 26 Aprel 2019, 19:24 Havada olan təyyarədən özünü atmaq istədi  26 Aprel 2019, 19:14 İnam Kərimov: Kooperativlərin yaradılması kənd təsərrüfatının inkişafı üçün çox vacibdir 26 Aprel 2019, 19:06 3 aylıq körpə  həkim  səhlənkarlığı nəticəsində öldü - Bakıda 26 Aprel 2019, 18:57 Formula 1-in ikinci sərbəst yürüşü başa çatdı 26 Aprel 2019, 18:50 İkinci sərbəst yürüşün qalibi bəlli oldu 26 Aprel 2019, 18:42 Qadın özünü qayadan ataraq intihar edib 26 Aprel 2019, 18:42 “Formula 1”: Rusiyalı pilotun maşını yanıb 26 Aprel 2019, 18:31 Rusiyada raket zavodu yanır - VİDEO 26 Aprel 2019, 18:25 Jurnalistika üzrə magistraturaya 16 nəfər sənəd verib 26 Aprel 2019, 18:16 Azərbaycan ilin sonuna qədər Rusiyaya avtomobil ixrac edəcək 26 Aprel 2019, 18:07 Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb 26 Aprel 2019, 17:56 Mehriban Əliyeva İçərişəhərə gəldi - Hadisələrlə yerində tanış oldu 26 Aprel 2019, 17:49 Bakıda 20 avtobus marşrutunun yolu dəyişdi - SİYAHI 26 Aprel 2019, 17:37 Formula 1 pilotu da qəzaya düşdü 26 Aprel 2019, 17:35 İƏT Bakı Mərkəzi Kazanda İƏT Gənc İş Adamlarının Forumunu keçirdi 26 Aprel 2019, 17:35 Formula 2-nin sıralanma turunda qalib bəlli oldu 26 Aprel 2019, 17:32 TEDxUNEC konfransı: “Azərbaycan. Lider. Tərəqqi” - MÜSAHİBƏ 26 Aprel 2019, 17:30 Manatın üç günlük MƏZƏNNƏSİ 26 Aprel 2019, 17:25 Fazil Mustafadan Fəzail Ağamalıya CAVAB: “Populizmdən yararlanmaq fikrindədir” 26 Aprel 2019, 17:18 Nazirlik Qaxda sayca 3-cü kooperativ yaratdı 26 Aprel 2019, 17:13 İlham Əliyev Niderland Kralına təbrik məktubu göndərdi 26 Aprel 2019, 17:13 Azərbaycana Rusiyadan quş əti gətirilməsinə məhdudiyyət qoyuldu 26 Aprel 2019, 17:10 Azərbaycanda ilkin əlillik təyinatları 49% azalıb 26 Aprel 2019, 17:09 İlham Əliyev provaslavları Pasxa bayramı ilə bağlı təbrik etdi 26 Aprel 2019, 17:07 Fəzail Ağamalı qaz və işıq limiti ilə bağlı iki deputatı “VURDU” 26 Aprel 2019, 17:05 Sabiq icra başçısı məhkəmə zalından azadlığa buraxılıb 26 Aprel 2019, 17:03 Azərbaycanlı rəssamın əsərinin dəyəri 500 min manat olaraq qiymətləndirilir 26 Aprel 2019, 17:01 Formula 1-də ikinci sərbəst yürüş başladı 26 Aprel 2019, 17:00 İlham Əliyevin “Bir kəmər, bir yol” Forumundakı ÇIXIŞI: “Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir” 26 Aprel 2019, 16:55 Yazıçı Mir Cəlal Paşayevin 111 illiyi Gəncədə anıldı 26 Aprel 2019, 16:54 Ermənistanın müdafiə naziri: “Sərhəddə vəziyyət stabildir” 26 Aprel 2019, 16:51  “Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi”nin təqdimatı oldu 26 Aprel 2019, 16:49 “Formula 1 ərazisindəki lyuklara “Azərsu” cavabdeh deyil” - AÇIQLAMA 26 Aprel 2019, 16:44 Goranboyun icra başçısı vətəndaşların problemlərini dinlədi 26 Aprel 2019, 16:44