Modern.az

Camal Kaşıkçının itməsində ABŞ izi üzə çıxdı

Camal Kaşıkçının itməsində ABŞ izi üzə çıxdı

10 Oktyabr 2018, 17:32

“The Washington Post” nəşri əməkdaşı Camal Kaşıkçı ilə ABŞ kəşfiyyatının əlaqəsi barədə məlumat verib.

 

Modern.az nəşrə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatı Səudiyyə rəsmilərinin Kaşıkçının itməsindən əvvəl onu aldadaraq krallığa gətirib orada ələ keçirməyi planlaşdırdığını müəyyən edib.

 

Nəşrin kəşfiyyatdakı mənbəyinə istinadən verdiyi xəbərə görə bu məqsədlə Səudiyyə rəsmilərinin keçirdiyi görüşlərin səs yazısı xüsusi xidmət orqanları tərəfində qeydə alınıb.

 

Krallıq nümayəndələrinin Kaşıkçını hansı məqsədlə ələ keçirmək istəmələri  isə dəqiq bildirilməyib.

Qeyd edək ki, ABŞ vitse-prezidenti Mayk Pens bu məsələdə Səudiyyə Ərəbistanına hər cür yardımı göstərməyə hazır olduqlarını bəyan edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi