Modern.az

Qarabağ cəbhəsində gərginlik azalıb – ABŞ rəsmisi

Qarabağ cəbhəsində gərginlik azalıb – ABŞ rəsmisi

Aktual

10 Oktyabr 2018, 17:42

"Azərbaycan və Ermənistan liderlərinin Düşənbədə görüşməsi çox müsbət siqnaldır".

 

Modern.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent jurnalistlərə deyib.

 

Onun sözlərinə görə, bu görüşdən sonra təmas xəttində gərginlik azalıb.

 

"Biz də daima tərəfləri buna çağırırıq. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün əlindən gələni edir"- deyə o bildirib.

 

ABŞ rəsmisi söyləyib ki, həftədən sonra Minsk qrupunun həmsədrləri yenidən regiona səfər edəcəklər, səfər zamanı onlar növbəti dəfə tərəfləri gərginliyi azaltmağa çağıracaqlar.

 

Xatırladaq ki, bu il sentyabrın 28-də Düşənbədə keçirilmiş MDB sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir