12 dekabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - REPORTAJ - Cahangir Hacıyevin arvadı Londonda 16 milyon funt sterlinq XƏRCLƏYİB
Cahangir Hacıyevin arvadı Londonda 16 milyon funt sterlinq XƏRCLƏYİB
10.10.2018, 17:57

Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun ilk hədəfi olan qadın Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevadır.

O, Londonda 11.5 milyon funt sterlinqə aldığı (15.13 milyon dollar) evinin əlindən alınmasına qarşı mübarizə aparır. Evin hazırki qiyməti isə 15 milyon funt sterlinq (19.74 milyon dollar) dəyərində qiymətləndirlir.


İngiltərədə media, ictimaiyətin belə bir işin bütün faktları bilməli olduğunu tələb etdikdən sonra Zamirə Hacıyeva, anonimliyinin qorunması barədə tələbini məhkəmədə uduzub.


Modern.az saytı BBC-nin Azərbaycan xidmətinə istinadən xəbər verir ki, keçmiş dövlət bankiri Cahangir Hacıyevin arvadı on il ərzində Londonun məhşur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib və elə həmin mağazanın yanında - Londonun ən bahalı ərazilərindən birində ev alıb. O, həmçinin Berkshire qraflığında qolf kulubunu alıb.

Ali Məhkəmə ona sərvətinin mənbəyini izah etməyi əmr edib - əgər o bunu edə bilməsə, öz əmlakını itirmək riski ilə qarşı-qarşıyadır.


Böyük Britaniya tarixində ilk "İzahedilməmiş Sərvət Sərəncamı"nın şərtlərinə əsasən, 55 yaşlı Zamirə Hacıyeva, əri Cahangir Hacıyev ilə birgə Milli Cinayət Agentliyinə hesabat verməlidir ki, Londonun bahalı Knightsbridge bölgəsində böyük bir evi hansı maliyyə hesabına alıblar.

"İzahedilməmiş Sərvət Sərəncamı" (UWO) nədir?

Bu sərəncam (UWO) Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Milli Cinayət Agentliyinin təhqiqatçıları inanırlar ki, ingilis mülklərinə milyardlarla funt çirkli pul qoyulur, lakin sübutların olmaması səbəbiylə həmin əmlak sahiblərini cinayətlə ittiham etmək və ya aktivləri təqib etmək demək olar ki, mümkünsüzdür.

Yeni "İzahedilməz Sərvət Sərəncamı" onları zənginliklərini açıqlamağa məcbur etmək cəhdidir.

Əgər bir şübhəli xarici rəsmi və ya ailələri, sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, Milli Cinayətkarlıq Agentliyi onların mülkünü ələ keçirmək üçün Ali Məhkəməyə müraciət edə bilər.


İlk işin hədəfi olan cütlük kimdir?

Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının keçmiş sədridir.

O, 2016-cı ildə böyük dələduzluq və yeyintinin bir hissəsi olmaqda ittiham edilərək 15 il müddətinə həbs edilib. Onun rəhbərlik etdiyi bankdan on milyonlarla funt sterlinq pul yoxa çıxıb.

Hakimlər ona 39 milyon funtu (51.30 milyon dollar) geri ödəməyi əmr edib.


Yeddi il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində Harrods alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib.


Cütlüyün Harrods yaxınlığında bahalı evi var

Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb.

2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - Mill Ride Golf Club-u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.

Daxili İşlər Nazirliyi xanım Hacıyevaya Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq izni verib.


Cütlük Britaniyaya nə qədər pul gətirib?

İyul ayında Ali Məhkəmənin iclası zamanı cütlük "cənab və xanım A" kimi tanınırdı. Sonradan Zamirə Hacıyeva olduğu aşkarlanmış xanım A-nın böyük miqdarda birdəfəlik gəlirlərinin olduğu bəlli oldu.

O, son 10 il ərzində Harrods-da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir.

Məhkəmədə aydın olub ki, o, böyük ödənişləri, məsələn, bir gündə lüks zinət, ətir və saat markası olan Boucheron-da bir gün ərzində 150.000 funt (197290.50 dollar) xərcləyib.


“Növbəti gün o, şərab zirzəmisi üçün 1800 funtluq (2367.49 dollar) alış-veriş edib”, deyə məhkəmədə bildirilib.


Zamirə Hacıyeva son 10 il ərzində dəbdəbli Harrods alış-veriş mərkəzində 16 milyon funt (21.04 milyon dollar) xərcləyib

Başqa bir gün o, Cartier zinət əşyalarına 100.000 (131527.00 dollar) və lüks kişi geyimlərinə 20.000 funt (26305.40 dollar) xərcləyib.

Xanım Hacıyeva alış-verişləri üçün ərinin bankının 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib.

Rəsmi məlumatlar cütlüyün Harrods-ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb.


Zamirə Hacıyeva yanlış bir şey etdiyini qəbul edibmi?

Xeyr, o deyir ki, günahsızdır və fevral ayında ilk dəfə "İzahedilməyən Sərvət Sərəncamı" tətbiq ediləndə ona qarşı çıxmağa cəhd edib.

Zamirə Hacıyevanın vəkilləri Ali Məhkəməyə deyiblər ki, o və əri kütləvi ədalətsizlikdən əziyyət çəkiblər.

Cahangir Hacıyev bankında dələduzluq etdiyini qəbul etmir - hərçənd ki, haqqında çıxan qərardan verdiyi apellyasiyanın qərarı onun xeyrinə olmayıb.

O, Avropa İnsan Haqları Məhkəməsində işinə baxılması üçün vəsatət qaldırılmasına çalışır.

Zamirə Hacıyeva "İzahedilməyən Sərvət Sərəncamı"nı mübahisələndirərkən deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri sayəsində müstəqil var-dövlət qazanmış qanuni iş adamı olub.

Lakin Milli Cinayət Agentliyi məhkəməyə deyib ki, cənab Hacıyev 1993-2015-ci illər ərzində dövlət rəsmisi olub və buna görə də sərvət təhqiqatçılarının ortaya çıxardığı var-dövlətə sahib olmaq üçün imkanı olmamalı idi.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Vyetnamda Heydər Əliyev anıldı
12.12.2018, 16:30

Vyetnamda Heydər Əliyev anıldı

Şabranda gəmiricilər əleyhinə mübarizə...
12.12.2018, 16:28

Şabranda gəmiricilər əleyhinə mübarizə...

Balakəndə evdən 1400 manat pul oğurlayan yeniyetmə saxlanıldı
12.12.2018, 16:18

Balakəndə evdən 1400 manat pul oğurlayan yeniyetmə saxlanıldı

Zakir Həsənov Gerasimovla hərbi əməkdaşlığı müzakirə etdi
12.12.2018, 15:59

Zakir Həsənov Gerasimovla hərbi əməkdaşlığı müzakirə etdi

Yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər vergi ödəyəcək
12.12.2018, 15:40

Yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər vergi ödəyəcək

İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı - YENİLƏNİB
12.12.2018, 15:37

İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı - YENİLƏNİB

Vergi Məcəlləsinə son dəyişikliklərdə sahibkarlıq üçün bu güzəştlər nəzərdə tutulub - SİYAHI
12.12.2018, 15:32

Vergi Məcəlləsinə son dəyişikliklərdə sahibkarlıq üçün bu güzəştlər nəzərdə tutulub - SİYAHI

Heydər Əliyevin anım günü Ağstafada izdihamla qeyd olundu
12.12.2018, 15:26

Heydər Əliyevin anım günü Ağstafada izdihamla qeyd olundu

Xəzər Universitəsində “Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirilib
12.12.2018, 15:26

Xəzər Universitəsində “Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirilib

Vergilər Nazirliyi: “Son dəyişiklik əməkhaqqının artması anlamına gəlməməlidir” - MÜSAHİBƏ   
12.12.2018, 15:24

Vergilər Nazirliyi: “Son dəyişiklik əməkhaqqının artması anlamına gəlməməlidir” - MÜSAHİBƏ  

Bakcell qalib məktəbliləri mükafatlandırdı  
12.12.2018, 15:23

Bakcell qalib məktəbliləri mükafatlandırdı  

Dillər Universitetində maraqlı layihə - tələbələr əməkhaqqı alacaq
12.12.2018, 15:02

Dillər Universitetində maraqlı layihə - tələbələr əməkhaqqı alacaq

Keçmiş döyüşçülər Heydər Əliyevin məzarını ziyarət etdilər
12.12.2018, 15:00

Keçmiş döyüşçülər Heydər Əliyevin məzarını ziyarət etdilər

Banklarda nağd satılan xarici valyutanın həcmi artıb - Kimlər alıb?   
12.12.2018, 14:58

Banklarda nağd satılan xarici valyutanın həcmi artıb - Kimlər alıb?  

Erməni general ev həbsinə buraxılmadı
12.12.2018, 14:56

Erməni general ev həbsinə buraxılmadı

Bakı Meriyası Atatürk parkındakı bəzi obyektlərə dəyməyəcək - AÇIQLAMA   
12.12.2018, 14:47

Bakı Meriyası Atatürk parkındakı bəzi obyektlərə dəyməyəcək - AÇIQLAMA  

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır - VİDEO
12.12.2018, 14:31

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır - VİDEO

Sumqayıtda oğurluq edənlər saxlanıldı
12.12.2018, 14:19

Sumqayıtda oğurluq edənlər saxlanıldı

Qənirə Paşayeva xəstəliyindən DANIŞDI
12.12.2018, 14:01

Qənirə Paşayeva xəstəliyindən DANIŞDI

Bakı metrosunda generator problemi həll edilir
12.12.2018, 13:50

Bakı metrosunda generator problemi həll edilir

Sarkisyan rejiminin daha bir nümayəndəsi həbs oluna bilər
12.12.2018, 13:32

Sarkisyan rejiminin daha bir nümayəndəsi həbs oluna bilər

Qənirə Paşayeva Heydər Əliyevdən YAZDI - FOTO
12.12.2018, 13:21

Qənirə Paşayeva Heydər Əliyevdən YAZDI - FOTO

24 min 871 ipoteka krediti verilib
12.12.2018, 13:18

24 min 871 ipoteka krediti verilib

Yol polisi texniki baxışa görə sürücülərə MÜRACİƏT etdi - Qaydalar dəyişib   
12.12.2018, 13:10

Yol polisi texniki baxışa görə sürücülərə MÜRACİƏT etdi - Qaydalar dəyişib  

DİN arvadını balkondan atan “Buta Palace”in art direktoru ilə bağlı məlumat yaydı
12.12.2018, 13:07

DİN arvadını balkondan atan “Buta Palace”in art direktoru ilə bağlı məlumat yaydı

Gəncə sakinləri Heydər Əliyevin xatirəsini yad etdilər
12.12.2018, 12:58

Gəncə sakinləri Heydər Əliyevin xatirəsini yad etdilər

Avropa Məhkəməsində Şahbazla Dilqəm haqda müsbət nəticə əldə oluna bilər
12.12.2018, 12:58

Avropa Məhkəməsində Şahbazla Dilqəm haqda müsbət nəticə əldə oluna bilər

Fransa polisi Strasburqda xüsusi əməliyyat keçirir
12.12.2018, 12:50

Fransa polisi Strasburqda xüsusi əməliyyat keçirir

Mərkəzi Bankdan 500 avroluq pul nişanı ilə bağlı AÇIQLAMA   
12.12.2018, 12:48

Mərkəzi Bankdan 500 avroluq pul nişanı ilə bağlı AÇIQLAMA  

Azərbaycanlılar Türkiyədə bələdiyyə sədrliyi uğrunda mübarizə aparacaqlar
12.12.2018, 12:47

Azərbaycanlılar Türkiyədə bələdiyyə sədrliyi uğrunda mübarizə aparacaqlar

Bu bankların daşınar və daşınmaz əmlakı satılıb - SİYAHI   
12.12.2018, 12:46

Bu bankların daşınar və daşınmaz əmlakı satılıb - SİYAHI  

Çobanovun evindən qumbara tapıldı
12.12.2018, 12:40

Çobanovun evindən qumbara tapıldı

Fransada olan azərbaycanlı deputat Strasburq terrorundan DANIŞDI   
12.12.2018, 12:39

Fransada olan azərbaycanlı deputat Strasburq terrorundan DANIŞDI  

Lənkəranda Heydər Əliyevin xatirəsi yad olundu - FOTO
12.12.2018, 12:35

Lənkəranda Heydər Əliyevin xatirəsi yad olundu - FOTO

Sabah külək güclənəcək - PROQNOZ
12.12.2018, 12:31

Sabah külək güclənəcək - PROQNOZ

Ermənistan parlamentinin ilk iclasını Həsənov aparacaq
12.12.2018, 12:22

Ermənistan parlamentinin ilk iclasını Həsənov aparacaq

UNEC-də Elmmetrika şöbəsi fəaliyyətə başlayıb
12.12.2018, 12:20

UNEC-də Elmmetrika şöbəsi fəaliyyətə başlayıb

Erməni hərbçi özünü ov tüfəngi ilə vurdu
12.12.2018, 12:15

Erməni hərbçi özünü ov tüfəngi ilə vurdu

Azərbaycan nefti UCUZLAŞDI
12.12.2018, 12:07

Azərbaycan nefti UCUZLAŞDI

Tereza Mey bu gün istefaya göndərilə bilər
12.12.2018, 12:07

Tereza Mey bu gün istefaya göndərilə bilər

Avtomobilini hissələrə bölüb satan şəxs polisə yalan məlumat verdi
12.12.2018, 11:55

Avtomobilini hissələrə bölüb satan şəxs polisə yalan məlumat verdi

Hacıbala Abutalıbov Heydər Əliyev haqqında şeir dedi - VİDEO
12.12.2018, 11:50

Hacıbala Abutalıbov Heydər Əliyev haqqında şeir dedi - VİDEO

Çavuşoğlu Bakıya gəlir
12.12.2018, 11:47

Çavuşoğlu Bakıya gəlir

Milan Konservatoriyasının professoru: ”Novruz Novruzlu Dədə Qorqud kimi müdrik idi”   
12.12.2018, 11:44

Milan Konservatoriyasının professoru: ”Novruz Novruzlu Dədə Qorqud kimi müdrik idi”  

Gələn il kişilərin və qadınların pensiya yaşı belə olacaq - CƏDVƏL   
12.12.2018, 11:35

Gələn il kişilərin və qadınların pensiya yaşı belə olacaq - CƏDVƏL  

Paşinyanın yeni kadr təyinatları məlum oldu
12.12.2018, 11:33

Paşinyanın yeni kadr təyinatları məlum oldu

Bakıda bir ay ərzində 2 mindən çox ağac əkildi
12.12.2018, 11:32

Bakıda bir ay ərzində 2 mindən çox ağac əkildi

BANM-ın kollektivi Heydər Əliyevin məzarını  ziyarət etdi
12.12.2018, 11:30

BANM-ın kollektivi Heydər Əliyevin məzarını  ziyarət etdi

Dövlət Agentliyinin direktor müavini vəfat edib
12.12.2018, 11:25

Dövlət Agentliyinin direktor müavini vəfat edib

“Görüşənə qədər...” – Deputatdan Heydər Əliyev haqda təsirli yazı...   
12.12.2018, 11:22

“Görüşənə qədər...” – Deputatdan Heydər Əliyev haqda təsirli yazı...  

ARXİV