Modern.az

7 saylı Uşaq Xəstəxanasında “donuz qripi”nə yoluxmuş 8 yeniyetmə müalicə olunub

7 saylı Uşaq Xəstəxanasında “donuz qripi”nə yoluxmuş 8 yeniyetmə müalicə olunub

Ölkə

8 Dekabr 2009, 14:41

Azərbaycanda A(H1N1) virusuna (“donuz qripi”) qarşı profilaktik tədbirlər qış aylarında daha da gücləndiriləcək.

Qeyd edək ki, respublikamızda 18 yaşına qədər olan vətəndaşlar A(H1N1) virusuna qarşı Bakı şəhəri 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında, orta və yaşlı əhali qrupu isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müayinə olunmalıdırlar. 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Məhəbbət İbrahimova Modern.az saytına bildirb ki, bir müddət öncə “donuz qripi”nə yoluxmuş 8 yeniyetmə bu səhiyyə müəssisəsində müalicə alıb: “İndiyədək xəstəxanamızda A(H1N1) virusuna yoluxmuş 8 xəstə qəbul edilib və onlar tam müalicə olunublar”. M.İbrahimovanın sözlərinə görə, bir müddət öncə “donuz qripi”nə yoluxmuş xəstələr arasında tələfatın baş verməməsinin səbəbi daxili xəstəxana və poliklinikalar tərəfindən A(H1N1) virusunun daşıyıcısı olduğu güman edilən şəxslərin vaxtında aşkarlanmasıdır: “Pasiyentlərin vaxtında 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına, eləcə də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna gətirilmələri xəstəliyin qarşısının ilkin mərhələdə almağı asanlaşdırdı”.

M.İbrahimova deyib ki,  A(H1N1) virusu xəstəliyi hələlik respublikamızda əsasən “Tamiflu” pereparatı ilə müalicə olunur və effektiv nıəticə verir. “Həmin preparat xəstəliyin müalicəsində, xüsusən də ilkin mərhələsində çox müsbət nəticə verir. Ümumiyyətlə, həm “donuz qripi”, həm də “quş qripi” adı ilı tanıdığımız xəstəliklərin müalicəsi üçün respublikamızda əlverişli şərait yaradılıb. Əvvəllər biz “quş qripi” xəstəliyinin törədicisi olan H5N1 virusunu dəqiqləşdirmək üçün Böyük Britaniyanın paytaxtı Londondakı labaratoriyalara müraciət edirdik. Bu isə uzaq məsafə baxımından analiz cavablarında dəqiqliyin bir qədər itməsinə həmçinin, müalicə prosesinin müəyyən qədər ləngiməsinə gətirib çıxarırdı. Hazırda bu iş Respublika Taun Əleyhinə Stansiyada yüksək səviyyədə həyata keçirilir. Stansiyadakı ən müasir texniki imkanlar vasitəsilə xəstəliyin diaqnostikası asanlıqla təyin edilir ki, bu da işimizin uğurla həyata keçməsinə zəmin yaratmış olur”. 

M.İbrahimova deyib ki, "donuz qripi"nə qarşı mübarizədə hər iki xəstəxana öz fəaliyyətini səhiyyə naziri Oqtay Şirəliyevin A(H1N1) virusu ilə əlaqədar verdiyi 149 saylı əmr əsasında qurub. Həmin əmrə müvafiq olaraq bütün lazımi avadanlıq və dərman pereparatları ilə təmin edilən

bu tibb müəssisələri

xəstələri qəbul etməyə hazır vəziyyətdədir. M.İbrahimova onu da deyib ki, Səhiyyə Nazirliyi tərəfindən "donuz qripi" ilə əlaqədar xüsusi treninqlər təşkil edilib ki, 7 saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının tibbi heyəti həmin kurslara mütamadi olaraq cəlb edilirlər.

Əlvan Rüstəmov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi