Modern.az

Məclisdəki partiya sayı 9-a çatdı

Məclisdəki partiya sayı 9-a çatdı

10 Oktyabr 2018, 21:50

HDP Hatay Millət vəkili Barış Atay Mengüllüoğlu ilə İstanbul Millət vəkili Erkan Başın partiyalarından istefa edərək Türkiyə İşçi Partiyasına keçmələrindən sonra Məclisdə təmsil olunan partiya sayı 9-a yüksəldi. Modern.az xəbər verir ki, 24 iyunda edilən 27-ci  Dövr Millət vəkili Ümumi Seçimində HDP-dən millət vəkili seçilən Mengüllüoğlu ilə Erkan Baş partiyalarından ayrılaraq Türkiyə İşçi Partiyasına keçib. Beləcə Türkiyə İşçi Partiyası Məclisdəki 9-cu partiya olub.

 

TBMM-də son olaraq AK Partiyasından 290, CHP-dən 144, HDP-dən 65, MHP-dən 50, İYİ partiyasından 40, Türkiyə İşçi Partiyasından 2, Səadət Partiyasından 2, Böyük Birlik Partiyası ilə Demokrat Partiyasının hər birindən bir millət vəkili var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi