Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da istefaya verməyə hazırlaşır. Modern.az xəbər verir ki, bu haqda Ermənistanın "News.am" saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Paşinyan "France 24" telekanalına müsahibəsində istefasının tarixini açıqlayıb.
"Erkən parlament seçkiləri 9-10 dekabr tarixlərində keçirilməlidir. Bunun üçün də mən oktyabrın 16-da istefaya getməliyəm", - deyə Paşinyan qeyd edib.