Modern.az

İndoneziyada yenidən zəlzələ oldu

İndoneziyada yenidən zəlzələ oldu

11 Oktyabr 2018, 00:03

İndoneziyada yenidən zəlzələ oldu. Modern.az xəbər verir ki, yeraltı təkanlar Yava adası sahillərində 6 maqnituda gücündə baş verib.

Avropa – Aralıq dənizi Seysmologiya Mərkəziin məlumatına görə, yeraltı təkanların episentri dənizdə, Surabaya şəhərindən 184 kilometr şərqdə qeydə alınıb.

 

Təbii fəlakətin ocağı 30 km dərinlikdə yerləşib.

 

Sentyabrın sonunda Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində 2 minə yaxın insan həyatını itirib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi