Modern.az

Macarıstan Ukrayna ilə müharibə vəziyyətində

Macarıstan Ukrayna ilə müharibə vəziyyətində

11 Oktyabr 2018, 00:57

“Ukraynada etnik macarların deportasiya edilməsi ilə bağlı çağırışlar səsləndirilir. Ukraynanın “Mirotvoreç” adlı radikal sağ təmayüllü saytı Zakarpatyada yaşayan və hökumət, bələdiyyə idarələrində çalışan 300-ə yaxın macarın ölüm siyahısını hazırlayıb. Siyahıda nazir Peter Siyarto da var”. Modern.az xəbər verir ki, bunu Macarıstan Xarici İşlər və Ticarət nazirinin müavini Levent Maqyar bildirib.

 

Nazir müavini bildirib ki, Ukrayna hökumətinin Macarıstan sərhədində hərbi baza yaratması narahatlıq yaradır.

 

Qeyd edək ki, ötən il Ukrayna hökumətinin qəbul etdiyi qanun layihəsinə görə, etnik macarlar öz ana dillərində təhsil ala bilməzlər. Məhz bu səbəbdən Macarıstanla Ukrayna hökumətləri arasında gərginlik yaşanır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir