Modern.az

Dünya fond birjalarında PANİKA - Yeni iqtisadi böhran başlayır?

Dünya fond birjalarında PANİKA - Yeni iqtisadi böhran başlayır?

Dünya

11 Oktyabr 2018, 10:59

Çin, Yaponiya və Koreya fond birjaları ciddi geriləyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yeni Zelandiyanın maliyyə bazarı da mənfiyə doğru gedib.

 

ABŞ fond birjasında müşahidə olunan geriləmə səhər saatlarında Honq Konq birjasının 3%, Yaponiya birjasının 3,5%, Kospi fond birjasının da 3,5% düşməsinə yol açıb.

Asiyanın MSCI indeksi 3,86% ümumi dəyər itirib. Çinin telekommunikasiya nəhəngi “Tencent”in qiymətli kağızları da 7% ucuzlaşıb.

 

Fond birjalarında yaranmış panika Beynəlxalq Valyuta Fondunun xəvbərdarlıqları ilə bağlıdır. Belə ki, sentybarın 26-da Federal Rezerv Sisteminin dolların uçot dərəcəsini 2-2,5% diapazonuna qaldırması dövlət istiqrazlarının kütləvi satılmasına yol açıb. Nəticədə ABŞ-ın NASDAQ 100, Dow Jones və s. əsas birja indeksləri mənfiyə yuvarlanmışdı.

 

Həmin vaxt prezident Tramp Federal Rezerv Sisteminin qərarını ağılsızlıq adlandırmışdı.  

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı