Modern.az

Ekologiya Nazirliyindən əhaliyə ağaclarla bağlı ÇAĞIRIŞ

Ekologiya Nazirliyindən əhaliyə ağaclarla bağlı ÇAĞIRIŞ

11 Oktyabr 2018, 15:17

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqlara göstərilən biganə münasibəti təkidlə pisləyir". Modern.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

 

Qurum sözçüsünün sözlərinə görə, ölkə ərazisində yaşıllıqların mühafizəsi və qorunması olduqca vacib və prioritet məsələ kimi daim gündəlikdədir:

 

 

"Nazirlik tərəfindən bununla bağlı sərt tədbirlər görülür, lakin ağac kəsintisinin tam aradan qaldırılması üçün hər kəsin bu işdə bizə yardımçı və dəstək olmasını gözləyirik. Hesab edirik ki, nazirlik tərəfindən görülən tədbirlərlə yanaşı, təbiətə, yaşıllığa ziyan vuranların cəmiyyət tərəfindən də qınaq obyektinə çevrilməsi, tənbeh olunması davam etdirilməlidir. Çünki çox vaxt ictimai tənbeh inzibati tədbirlərdən daha təsirli olur. Nazirlik ağacların kəsilməsini, yaşıllıqlara göstərilən biganə münasibəti təkidlə pisləyir və təbiətə ziyan vuranlara qarşı bundan sonra da qəti və barışmaz mövqe nümayiş etdirəcək".

 

İ. İbrahimova görülən tədbirlərin müəyyən nəticəsi olduğunu vurğulayıb:

 

"Aparılan statistika və müşahidələr göstərir ki, son aylarda respublika ərazisində ağac kəsintisi faktları xeyli azalıb. Bu tendensiya, həm meşə sahələrində, həm də yaşıllıq massivlərində müşahidə olunur. Ağac kəsintisi hallarının azalması Nazirliyin sərt və qətiyyətli mövqe nümayiş etdirməsi ilə bərabər, eyni zamanda vətəndaşların, ictimaiyyət nümayəndələrinin və media orqanlarının da fəallığı ilə əlaqədardır".

 

Aysel ASLAN

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi