Modern.az

Heroin satan Gəncə sakini yaxalandı

Heroin satan Gəncə sakini yaxalandı

11 Oktyabr 2018, 20:38

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Gəncə şəhər sakini 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunan Anar Tağıyev  2 ədəd siqaretin gümüş falqasına bükülü olan ümumi çəkisi 0.433 qram narkotik vasitə hesab olunan heroini şərti alıcıya satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı toplanan material araşdırma aparılması üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!