Modern.az

Bir qutu siqaret 70 manat oldu

Bir qutu siqaret 70 manat oldu

11 Oktyabr 2018, 22:08

Türkmənistanda tütün məhsullarının satışının sərt şəkildə məhdudlaşdırılmasından sonra  ölkə əhalisinin siqaret çəkən hissəsinin əksəriyyəti bütov qutu  siqaret almaq imkanından məhrum olub. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, qara bazarda siqaretin bir qutusunun qiyməti 70 türkmən manatına qalxıb. Bu, rəsmi məzənnə ilə  təqribən 20 dollar və ya 34 azərbaycan manatı deməkdir.

 

 

“Türkmənistan xronikası” saytının məlumatına görə, artıq iki aydır dövlət mağazalarında siqaret satılmır. Çünki prezident Qurbanqulu Berdıməhəmmədov siqaret satışına qadağa qoyub. Siqareti ancaq özəl ticarət nöqtələrindən və alverçilərdən almaq olar, qiyməti isə dövlət qiymətindən az qala 3 dəfə baha.

 

Beləliklə, dövlət mağazasında qutusu 25 manata olan siqareti özəl ticarət köşklərindən 70 manata almaq olar. Belə ticarət nöqtələrinin sahibləri dövlət mağazalarının direktorları ilə söcdələşirlər və onlardan siqareti qutusunu 30-35 manatdan alırlar. Əlbətdə ki, arxa qapıdan və anbarlardan.

 

Qara bazar qiymətləri ilə siqaretin bir ədədi çəkənləri 3.5 manata başa gəlir. Nəticədə siqaret çəkənlər alverçilərdən siqareti ədədlə almağa məcbur olurlar.

 

Türkmənistanın dövlət mağazalarında tütün məhsullarının satışı avqustun sonlarında dayandırılıb. Ölkə əhalisi hesab edirdi ki, siqaretlər piştaxtalara Xalq Məsləhətinin sentyabrın 25-də keçirilən iclasından sonra qayıdacaq. Ancaq bu baş verməyib. “Türkmənistan xronikası” xəbər verir ki, hakimiyyət ölkəyə İrandan siqaret gətirilməsi kanalını bağlayıb. Siqaretləri Aşqabad aerportunda da müsadirə edirlər, hərçənd əvvəllər adambaşına iki qutu keçirməyə icazə verirdilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?