Modern.az

Azərbaycan millisindən inamlı qələbə - YENİLƏNİB

Azərbaycan millisindən inamlı qələbə  - YENİLƏNİB

Aktual

12 Oktyabr 2018, 00:39

Farer Adaları- Azərbaycan oyununun 86-cı dəqiqəsində millimiz penalti vurmaq imkanı qazandı. Riçard Almeyda bu şansdan yararlanaraq, Azərbaycan milli komandasının 3-cü qolunu vurdu. Bununla da komandamız səfərdə qazandığı 3:0 hesablı inamlı qələbə ilə vətənə dönür.

 Qrupumuzun digər oyunu belə nəticələnib - Kosovo - Malta - 3:1.

İndi turnir cədvəli aşağıdakı kimidir:

1.

Kosovo

3

2

1

0

5:1

7

2.

Azərbaycan

3

1

2

0

4:1

5

3.

Farer adaları

3

1

0

2

3:6

3

4.

Malta

3

0

1

2

3:7

1


00:13

 

Azərbaycan - Farer Adaları oyununda daha bir qol vurulub. Oyunun 67-ci dəqiqəsində Dmitri Nazarov fərqlənib. Komandamız 2:0 irəlidədir.

 

23:15

 

Futbol üzrə Azərbaycan yığması ilə Farer Adalarının oyununda hesab açıldı.  Qarşılaşmanın 28-ci dəqiqəsində Azərbaycan milli komandasının oyunçusu Riçard Almeyda hesabı açıb. 

 

22:46

 

Bu gün futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Modern.az xəbər verir ki, D liqasında 3-cü qrupda yer alan Azərbaycan seçməsi səfərdə Farer Adaları yığması ilə qarşılaşır. Paytaxt Torshavndakı “Torsvollur” stadionunda keçirilən oyunda komandalar yaşıl meydana bu heyətlə çıxıb.

 

Azərbaycan millisinin heyətində Kamran Ağayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Araz Abdullayev, Mahir Mədətov və Rüfət Dadaşov yer alıb.

 

Farer Adaları yığmasının start heyətində isə meydana Hunnar Nilsen, Hilli Serensen, Atli Qreqersen, Odmar Fere, Vilormur Davidsen, Rene Yonsen, Hallur Hansson, Yohan Edmundson, Brandur Hendriksson, Kay Bartalsstovu və Finnur Yustinussen çıxıblar.

 

Azərbaycan yığması UEFA-nın yeni təsis etdiyi turnirin ilk iki oyununda qələbə qazana bilməyib. Milli komandamız UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer Adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. İki turdan sonra Qurban Qurbanovun yetirmələri 2 xalla qrupda üçüncü pillədə qərarlaşıblar. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız növbəti görüşünü oktyabrın 14-də Bakıda Malta yığmasına qarşı keçirəcək.

 

Farer Adaları isə doğma meydanda maltalıları məyus etdiyi halda (3:1) Kosovo seçməsinə məğlub olub (0:2).

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?