24 oktyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - İlham Əliyev: “Azərbaycanda bir şəhər də qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın”
İlham Əliyev: “Azərbaycanda bir şəhər də qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın”
11.10.2018, 22:57

“Bu gün Azərbaycanın bütün bölgələrində, hər bir rayonunda müasir tibb müəssisəsi yaradılıb və yaradılır. Bu il altı şəhərdə yeni böyük xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulurdu. Artıq ikinci xəstəxana bu gün istifadəyə verilir. Bundan əvvəl Naftalan şəhər xəstəxanası istifadəyə verilib. İlin sonuna qədər dörd xəstəxananın tikintisinin başa çatması nəzərdə tutulur. Gələn il dörd şəhər xəstəxanası istifadəyə veriləcək, yaxud da ki, tikintisi davam etdiriləcək. Beləliklə, Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın. Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyik. Bu, doğrudan da böyük hadisədir”. Moden.az xəbər verir ki, bunu Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edən Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşündə deyib.

 

Prezident bildirib ki, bu gün ölkəmizdə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır: “Biz bu imkanlardan istifadə edib bu gün vətəndaşlara çox gözəl xidmət göstərə bilirik. Siz bilirsiniz ki, bir neçə ildir ölkəmizdə müayinədən keçmə - diaqnostika aparılır. Bu il beş milyondan çox insan bu imkanlardan istifadə edib. Onların bəzilərində olan xəstəliklər aşkarlanıb, onlara tibbi xidmət göstərilib, tövsiyələr verilib. Əgər ciddi xəstəlik varsa, onda onlar Bakı şəhərinə göndəriliblər.

Son 15 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu, bizim insanların sağlamlığına verdiyimiz böyük töhfəmizdir. İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq. Amma prinsipcə, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir.

İnsan sağlamlığını şərtləndirən bir çox amillər var. Onların arasında, ilk növbədə, sağlam həyat tərzidir. Mən bütün vətəndaşlara buradan müraciət edirəm ki, sağlam həyat tərzi hər bir vətəndaş üçün əsas prinsip olmalıdır. Diaqnostika, əlbəttə ki, çox vacib rol oynayır. Bu gün ölkəmizdə mövcud olan laboratoriyalar bütün analizləri edə bilər. Vətəndaşlar hər il kütləvi şəkildə müayinədən keçirlər və beləliklə, ciddi xəstəliklərin qarşısı alınır. Profilaktika çox önəmli rol oynayır. Digər tərəfdən, ölkəmizin ekoloji vəziyyəti, əlbəttə ki, insanların sağlamlığına birbaşa təsir göstərir. Bu istiqamətdə də çox vacib addımlar atılır. Havanı çirkləndirən müəssisələrdə, ictimai obyektlərdə təmizləyici qurğular quraşdırılır. İçməli su layihələri uğurla icra edilir, o cümlədən Quba şəhərində beş il bundan əvvəl mənim iştirakımla içməli su layihəsi istifadəyə verilmişdir. İndi müvafiq qurumlar qida təhlükəsizliyi ilə bağlı çox ciddi məşğuldurlar. Keyfiyyətsiz, bəzi hallarda saxta üsullarla hazırlanan qidalar aşkarlanır. Bu cinayətlərə yol verənlər isə cinayət məsuliyyətinə cəlb edilir. İdman, əlbəttə ki, insanların sağlamlığı üçün çox önəmli bir amildir. İdmanla məşğul olmaq üçün indi ölkəmizdə bütün şərait var.

Yəni, biz bu sahəyə kompleks şəkildə yanaşırıq. Səhiyyə sisteminin təkmilləşdirilməsi sosial siyasətimizin əsas istiqamətlərindən biridir və bu yolda çox böyük addımlar atmışıq, böyük uğurlara imza atmışıq. Onlardan biri də bu gözəl tibb müəssisəsidir”.

 

İlham Əliyev bildirib ki, Quba şəhərinin inkişafına həmişə böyük diqqət göstərilib: “Mən Prezident kimi, Quba rayonuna 10 dəfə səfər etmişəm. Bu, 11-ci səfərdir. Səfərlər zamanı bir çox obyektlərin açılışlarında iştirak etmişəm. Quba rayonunun inkişafı ilə bağlı çox ciddi tapşırıqlar verilib. Onlar da uğurla icra edilir. Rayonda infrastruktur layihələri icra edilir. Mən içməli su layihəsini qeyd etdim. Bir neçə il bundan əvvəl “Şahdağ” elektrik stansiyasının tikintisi nəticəsində nəinki Quba rayonunun, bütün bölgənin elektrik təminatı böyük dərəcədə yaxşılaşıb. Avtomobil yollarının çəkilməsi davam etdirilir. Bu gün biz bir kənd yolunun açılışını qeyd etdik. Quba rayonunun əksər kəndlərində yollar artıq yaxşı vəziyyətdədir. Qalan layihələr də növbəti illərdə icra ediləcək. Digər infrastruktur layihələri ilə bağlı addımlar atılır. Ev təsərrüfatlarının 75 faizi təbii qaz ilə təmin edilib. Qırx səkkiz məktəb tikilib, yeddi məktəb əsaslı təmir edilib. “ASAN xidmət” mərkəzi yaradılıb, Gənclər evi, Şahmat məktəbi. Yəni, Quba şəhərində bir çox sosial və iqtisadi-sənaye obyektləri yaradılır, o cümlədən “Azərxalça” İstehsalat Birliyinin Quba filialı. Yəni, iş yerlərinin yaradılması, turizmin inkişafı üçün addımlar atılır. İndi Qubada turistlərin sayı da artır, həm yerli, həm xarici qonaqlar gəlirlər, yeni otellər açılır. Bu gün mən yeni tingçilik müəssisəsinin fəaliyyəti ilə tanış olmuşam. Kənd təsərrüfatının inkişafı üçün bunun çox böyük əhəmiyyəti olacaq.

Ona görə Quba rayonunun kompleks şəkildə inkişafı diqqət mərkəzindədir. Sosial-infrastruktur layihələrimiz, iş yerləri ilə bağlı olan layihələr, turizm, kənd təsərrüfatı. Rayon bu istiqamətdə bundan sonra da inkişaf edəcək. Əlavə göstərişlər də veriləcək. Mən daim rayonlardan gələn təkliflərə baxıram və o təkliflərin böyük hissəsi öz həllini tapır. Biz bunları regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində icra edirik.

Növbəti layihələr haqqında da sizə məlumat vermək istəyirəm. Quba şəhərində 5 kommunal ev var. O evlərin vəziyyəti o qədər də yaxşı deyil. Onların əvəzinə 48 mənzilli yeni yaşayış binası tikiləcək. Bu məsələ ilə bağlı müvafiq göstəriş veriləcək. Bir məktəbin tikintisi üçün əlavə vəsait ayrılacaq və kənd yollarının çəkilişi ilə bağlı əlavə tapşırıqlar veriləcək, o cümlədən Quba-Xınalıq yolunun yeni xətti çəkiləcək. Siz bilirsiniz ki, mənim təşəbbüsümlə təqribən on il bundan əvvəl biz Xınalığa yeni yol çəkdik. Artıq on il, bəlkə on ildən bir qədər çox vaxt keçib və bu yolun təmirinə ehtiyac var. Eyni zamanda, mənə verilən məlumata görə, yeni bir istiqamət var. Susay kəndindən Xınalıq kəndinə yeni yolun çəkilişi planlarımızdadır. O, 30 kilometrlik yoldur, eyni zamanda, o yoldan Qrız kəndinə də təxminən 5 kilometrlik bir yol çəkiləcək. Müvafiq göstəriş veriləcək.

Eyni zamanda, Quba-Qonaqkənd yolunun tamamilə yenidən qurulması ilə bağlı müvafiq göstəriş veriləcək. Bu yolun bir hissəsi Rustov kəndinə qədər artıq tikilib. Rustov kəndindən Qonaqkəndə qədər, düzdür, məsafə çox böyükdür və çox böyük maliyyə tələb edən layihədir. Ancaq biz bunu etməliyik. Çünki o yol üzərində bir çox kəndlər var, minlərlə insan yaşayır və indi yol, əlbəttə ki, çox pis vəziyyətdədir. Yəni, belə yol bizə yaraşmır.

Bax, bu layihələr növbəti mərhələdə icra ediləcək. Vəsait dərhal ayrılacaq. Digər layihələrlə bağlı, əlbəttə ki, vətəndaşlar, Quba rayonunun sakinləri müraciət etsinlər. Çünki biz indi regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının üzərində işləyirik. Dördüncü proqram gələn ilin əvvəlində qəbul ediləcək və bu gün Quba rayonunda hələ öz həllini tapmayan layihələr o proqrama salınmalıdır və salınacaq”.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yığmamız heç-heçəyə razılaşdı
24.10.2018, 01:00

Yığmamız heç-heçəyə razılaşdı

Azərbaycan idmançısı gümüş medal qazandı
24.10.2018, 00:45

Azərbaycan idmançısı gümüş medal qazandı

79 yaşlı kişini elektrik cərəyan vurub öldürdü
24.10.2018, 00:28

79 yaşlı kişini elektrik cərəyan vurub öldürdü

“Ərdoğanın açıqlamaları olduqca sərt idi” - Tramp
24.10.2018, 00:13

“Ərdoğanın açıqlamaları olduqca sərt idi” - Tramp

“Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi qrup fəaliyyət göstərir” – Səməd Seyidov
23.10.2018, 23:58

“Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi qrup fəaliyyət göstərir” – Səməd Seyidov

Elmar Məmmədyarov  braziliyalı həmkarını təbrik etdi
23.10.2018, 23:39

Elmar Məmmədyarov  braziliyalı həmkarını təbrik etdi

Azərbaycan nefti ucuzlaşıb
23.10.2018, 23:19

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə edilib
23.10.2018, 23:07

Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə edilib

Futbol azarkeşlərinin olduğu eskalator çökdü: 30 yaralı - FOTOLAR, VİDEO
23.10.2018, 22:52

Futbol azarkeşlərinin olduğu eskalator çökdü: 30 yaralı - FOTOLAR, VİDEO

Əsirlikdə saxlanılan yapon jurnalist azad edildi
23.10.2018, 22:37

Əsirlikdə saxlanılan yapon jurnalist azad edildi

Binəli Yıldırımdan Ermənistanla bağlı  sərt çıxış
23.10.2018, 22:21

Binəli Yıldırımdan Ermənistanla bağlı  sərt çıxış

Qarabağda erməni əsgəri yaralandı
23.10.2018, 22:08

Qarabağda erməni əsgəri yaralandı

Bakıda dönərxanalarda iyrənc mənzərə - VİDEO
23.10.2018, 21:51

Bakıda dönərxanalarda iyrənc mənzərə - VİDEO

"BUTA Art & Sweets" platformasından xüsusi ehtiyacı olan xanımlara dəstək - FOTOLAR  
23.10.2018, 21:37

"BUTA Art & Sweets" platformasından xüsusi ehtiyacı olan xanımlara dəstək - FOTOLAR  

Ucarda minik maşını dirəyə çırpıldı: 2 ölü
23.10.2018, 21:36

Ucarda minik maşını dirəyə çırpıldı: 2 ölü

Polis konsulluq maşınında Qaşıqçıya məxsus əşyalar tapdı
23.10.2018, 21:21

Polis konsulluq maşınında Qaşıqçıya məxsus əşyalar tapdı

Azərbaycan Estoniya münasibətləri müzakirə edildi
23.10.2018, 21:07

Azərbaycan Estoniya münasibətləri müzakirə edildi

Paşinyan baş nazirliyə yeganə namizəd oldu
23.10.2018, 20:55

Paşinyan baş nazirliyə yeganə namizəd oldu

Bakıda yanacaqdoldurma məntəqəsinə hücum edən 11 il həbs cəzası aldı
23.10.2018, 20:41

Bakıda yanacaqdoldurma məntəqəsinə hücum edən 11 il həbs cəzası aldı

Camal Qaşıqçının nişanlısı Ərdoğana belə təşəkkür etdi - FOTO
23.10.2018, 20:29

Camal Qaşıqçının nişanlısı Ərdoğana belə təşəkkür etdi - FOTO

Azərbaycan Fransaya NOTA verdi
23.10.2018, 20:18

Azərbaycan Fransaya NOTA verdi

Azərbaycanda idmanla bağlı milli strategiya hazırlanacaq
23.10.2018, 20:04

Azərbaycanda idmanla bağlı milli strategiya hazırlanacaq

Putin Trampa Parisdə görüşməyi təklif etdi
23.10.2018, 20:00

Putin Trampa Parisdə görüşməyi təklif etdi

Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi
23.10.2018, 19:52

Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi

Nəcməddin Sadıkov Libermanla görüşüb
23.10.2018, 19:43

Nəcməddin Sadıkov Libermanla görüşüb

Azərbaycanın 41 rayonunda ailə təsərrüfatları yaradılır - FOTO
23.10.2018, 19:34

Azərbaycanın 41 rayonunda ailə təsərrüfatları yaradılır - FOTO

Xəlil Rzanın xanımına qarşı dələduzluq edənə 9 il iş verildi
23.10.2018, 19:25

Xəlil Rzanın xanımına qarşı dələduzluq edənə 9 il iş verildi

Fermerlər üçün üçün vergi güzəştləri daha 5 il uzadılacaq
23.10.2018, 19:16

Fermerlər üçün üçün vergi güzəştləri daha 5 il uzadılacaq

Ramil Usubov rusiyalı həmkarı ilə görüşdü
23.10.2018, 19:06

Ramil Usubov rusiyalı həmkarı ilə görüşdü

Kral öldürülən jurnalistin ailəsi ilə görüşdü - FOTO
23.10.2018, 18:57

Kral öldürülən jurnalistin ailəsi ilə görüşdü - FOTO

Sabah Bakının bir hissəsi qazsız qalacaq
23.10.2018, 18:48

Sabah Bakının bir hissəsi qazsız qalacaq

Səfər Mehdiyev meksikalı səfirlə görüşdü
23.10.2018, 18:40

Səfər Mehdiyev meksikalı səfirlə görüşdü

Prezident yeni qanun imzaladı
23.10.2018, 18:32

Prezident yeni qanun imzaladı

XİN rəhbəri Laaneti qəbul edib
23.10.2018, 18:25

XİN rəhbəri Laaneti qəbul edib

Baş nazirin maşını maralla toqquşdu
23.10.2018, 18:17

Baş nazirin maşını maralla toqquşdu

Qobustanda yol tikintisinə 6,4 milyon ayrıldı
23.10.2018, 18:10

Qobustanda yol tikintisinə 6,4 milyon ayrıldı

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Anlaşma Memorandumu təsdiqləndi
23.10.2018, 18:01

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Anlaşma Memorandumu təsdiqləndi

Elmar Vəliyevi güllələyən şəxsin həbs müddəti uzadıldı
23.10.2018, 17:55

Elmar Vəliyevi güllələyən şəxsin həbs müddəti uzadıldı

Birinci vitse-prezident İmam Hüseyn məscidinin bərpadan sonra açılışını etdi - FOTOLAR
23.10.2018, 17:47

Birinci vitse-prezident İmam Hüseyn məscidinin bərpadan sonra açılışını etdi - FOTOLAR

Bakının bu əraziləri susuz qalacaq
23.10.2018, 17:40

Bakının bu əraziləri susuz qalacaq

Mehriban Əliyeva xüsusi təhsil məktəbinin yeni binasının açılışında - FOTOLAR
23.10.2018, 17:32

Mehriban Əliyeva xüsusi təhsil məktəbinin yeni binasının açılışında - FOTOLAR

Bakı Nəqliyyat Agentliyi parklanma qaydalarını pozanları cərimələməyə başladı - RƏSMİ
23.10.2018, 17:23

Bakı Nəqliyyat Agentliyi parklanma qaydalarını pozanları cərimələməyə başladı - RƏSMİ

Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirilib
23.10.2018, 17:17

Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirilib

“Azercell” əməkdaşlıq memorandumu imzaladı
23.10.2018, 17:10

“Azercell” əməkdaşlıq memorandumu imzaladı

Azərbaycana Ermənistandan kartof gətirilmir – RƏSMİ
23.10.2018, 17:04

Azərbaycana Ermənistandan kartof gətirilmir – RƏSMİ

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 
23.10.2018, 17:03

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 

Deputatların hədiyyə alması və təklif etməsi qadağan olunur
23.10.2018, 16:58

Deputatların hədiyyə alması və təklif etməsi qadağan olunur

Ermənistanın yeni baş naziri bu gün seçilə bilər
23.10.2018, 16:57

Ermənistanın yeni baş naziri bu gün seçilə bilər

Yaddan çıxmaz Qarabağ! - VİDEO
23.10.2018, 16:51

Yaddan çıxmaz Qarabağ! - VİDEO

İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib
23.10.2018, 16:33

İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib

ARXİV