Modern.az

ABŞ Türkiyə ilə razılaşdı: keşiş azadlığa buraxılır

ABŞ Türkiyə ilə razılaşdı: keşiş azadlığa buraxılır

Dünya

12 Oktyabr 2018, 00:26

Ankara və Vaşinqton amerikalı keşiş Endryu Bransonun azad edilməsi və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi barədə razılıq əldə edib. Modern.az  xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

 

Qəzet ABŞ-ın adı açıqlanmayan vəzifəli şəxslərinə və Branson işində hadisələrin inkişafı ilə bağlı məlumatlı digər mənbələrə istinadən qeyd edir ki, keşiş artıq cümə günü növbəti məhkəmə iclasından sonra azadlığa buraxıla bilər. Öz növbəsində, nəşrin məlumatına görə, Amerika administrasiyası Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq edilmiş məhdudlaşdırıcı tədbirləri aradan qaldırmaq və bu cür yeni məhdudiyyətlər tətbiq etməmək barədə üzərinə öhdəlik götürüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?