Modern.az

Sumqayıtda hündürlükdən dənizə baş vuran kişi öldü

Sumqayıtda hündürlükdən dənizə baş vuran kişi öldü

12 Oktyabr 2018, 00:54

Sumqayıt şəhər bulvarında ölüm hadisəsi baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, Tovuz rayon sakini Cəfərov Vaqif Yahya oğlu iki həmyerlisi ilə birgə dəniz kənarında yeyib-içdikdən sonra çimmək fikrinə düşüb və "Damba" adlanan əraziyə gələrək suya baş vurub.

Hündür yerdən suya atılan şəxs başı üstə dənizin dayaz hissəsinə düşüb. Nəticəsə onun boyun fəqərəsi qırılıb. Kişi aldığı xəsarətlərdən yerindəcə ölüb.

Meyit müayinə olunması üçün tibbi ekspertizaya aparılıb.

Hər 3 dost Tovuz rayonundan Sumqayıta işləməyə gəlib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir