21 fevral 2019, Cümə axşamı
Ana Səhifə - MEDİA - Səmayə Məmmədova: “Hələ ki qarşıma sözünün ağası olan insan çıxmayıb” - MÜSAHİBƏ
Səmayə Məmmədova: “Hələ ki qarşıma sözünün ağası olan insan çıxmayıb” - MÜSAHİBƏ
12.10.2018, 08:42

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Modern.az saytına müsahibəsi...
 

- Samayə xanım, əksər hallarda mətbuat katiblərinə təmsil olunduqları qurum barədə suallar ünvanlayırıq.  Bu dəfə fərqlilik etmək istəyirik. Öncə soruşaq: əhvalınız necədir?

- Çox sag olun. Ən azından bu gün dünənkindən daha yaxşıdır. Sabah isə  bugündən də gözəl olacaq. Demək ki, əhvalım əladır...

- Təxminən bir ay bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Təltif edilənlər arasında siz də varsız. Bir xanım olaraq hisslərinizi bizimlə bölüşərdiniz?

- Təbii ki, qürur, sevinc, məsuliyyət hissi və çox böyük stimul... Cənab Prezident tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmək sadəcə gördüyün işə verilən yüksək qiymət deyil, eyni zamanda, işinə daha fərqli və daha məsuliyyətli yanaşmadır.

Bilirsiniz, cənab Prezidentin mənzil hədiyyə etdiyi mətbut katibləri arasında mən də varam.  Bu il isə ölkə başçısı tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə”  medalı ilə təltif olundum. 2013-2014 cü illərdə “2017-2015-ci illərdə Xaricdə təhsi Dövlət Proqramı” vasitəsi ilə İngiltərinin Nyukastl universitetində media, PR və kommunikasiya sahəsi üzrə maqistr dərəcəsi almışam. Dövlətimin qayğısını, arzularımın gerçəkləməsi istiqamətində mənə göstərilən dəstəyi gördüyüm zaman qürur və sözün əsl mənasında sevinc hissi duyuram. Bütün bunlar mənə böyük stimul verir.

- Uzun illərdir ki, mətbuat katibi vəzifəsində çalışırsınız.  Bunun çətin və fərqli tərəfləri nədən ibarətdir?


- Mətbuat katibini çalışdığı qurumun siması, bu qurumla media arasında körpü də adlandırmaq olar. Mətbuat katibini eyni zamanda, əlaqələndirici şəxs və hətta qurum üçün ən həssas məqamların həllində bilavasitə təsiredici qüvvə də adlandırmaq olar.

Əgər körpünün bünövrəsi möhkəm və sağlam dayaqlar üzərində qurulubsa, demək ki, burada etibar və güvəndən əminliklə danışmaq olar. 

Bilirsiniz, bu sahədə  yaradıcı və yeni ideyalarla zəngin olmaq da önəmli  və faydalı tərəflərdən biridir. Mətbuat katibi vəzifəsinə televiziyadan gəlməyim bu işin incəliklərini daha dərindən bilməmdə mənə çox böyük yardımçı oldu. 1998-2004-cü illərdə “Space” Müstəqil Teleradio şirkətində aparıcı, müəllif olaraq çalışmışam. Əminliklə deyə bilərəm ki, işə fərqli yanaşmada, nazirlik tərəfindən həyata keçirilən layihələrin media vasitəsi ilə ictimaiyyətə  daha kreativ çatdırılmasında, bütün bunlarla yanaşı, media incəliklərinə bələd olmamda televiziya məktəbinin əvəzsiz  rolu olub.

Əgər bu sahənin fərqli tərəflərindən danışırıqsa,  jurnalist yazdığı yazıya, süjetə cavabdehdir. Mətbuat katibi isə təmsil etdiyi qurumun siması olmaqla bu qurumun mediada, ictimaiyyətdə nüfuzuna birbaşa cavabdeh olan şəxslərdən biridir.

- Nə zamansa mətbuat katibliyindən getmək barədə düşünmüsünüzmü?

- 14 ildən artıqdır ki, mətbuat katibi olaraq çalışıram. Bu sahədə ilk sınağım 2004-2005-ci illərdə Vergilər Nazirliyinin media departamentində olub. 2005-2007-ci illərdə isə  Səhiyyə Nazirliyində mətbuat katibi olaraq çalışmışam.  Son 11 ili Gənclər və İdman Nazirliyinin mətbuat katibi olaraq fəalliyyətimi davam etdirirəm. 

Nazirlik gənclər və idman sahələrini əhatə etdiyi üçün, burada yaradıcılığa, fərqliliyə daha geniş imkanlar açılmış olur. Hər hansı bir layihənin mediada təbliğatı sadəcə mətbuatın dəvəti deyil. Layihənin uzun və qısamüddətli olmasından asılı olmayaraq,  strategiyanın, analizin, layihənin zəif və güclü tərəflərinin işlənilməsi, bu layihənin ictimaiyyət üçün önəminin araşdırılması,  media monitorinqinin aparılması təbii ki, yaradıcı və eyni zamanda peşəkar yanaşma tələb edir. Media dünyasının günbəgün deyil, saatbasaat, anbaan dəyişdiyini, inkişaf etdiyini, tələbələrin böyüdüyünü  nəzərə alsaq, təbii ki, işin də  durmadan artığını aydın şəkildə görmək olar. Media sahəsində daim dalğanın önündə olmaq lazımdır. Əks halda gecikə ya da çox geridə qala bilərsən...

Xüsusi olaraq qeyd edim ki, çalışdığın qurumun rəhbərinin, kollektivinin də işə olan münasibətinə çox böyük təsiri var. Çox sevinirəm ki, rəhbərim, nazir Azad Rəhimov daim yeniliyə, yaradıcılığa açıq bir şəxs olaraq, mənə bu illər ərzində daim dəstək göstərib, dəyərli məsləhətlərini heç vaxt əsirgəməyib. Qürurla son 11 il ərzində  çox  gözəl məktəb keçdiyimi və keçməkdə olduğumu  deyə bilərəm.

Sualınıza cavab olaraq deyim ki, çalışdığım sahədə  daim yeniliyə can atdığım üçün, düzü onu dəyişmək barədə heç düşünməmişəm. Amma mətbuata gəlməsəydim, musiqini davam etdirsəydim, bu gün mütləq peşəkar bir pionoçu olardım.

 


- Sizin həm də böyük televiziya təcrübəniz var. O illərdən bu yana televiziya mühitində nələr dəyişib?

- Bu gün media,  televiziyalarımız, təbii ki, daha çox inkişaf edir. Müasirlik, texnologiya sahəsində inkişaf, dünya media aləminin yenilikləri bizdən də yan keçməyib. Mühitin nə qədər dəyişməsi sualına gəldikdə isə düzü, çox şey dəyişib. Əfsuslar, bəzi zamanlarda mövzuya yanaşma, insan faktoruna, yaşantılara, insan həyatına təsir edən bir çox hadisələrə olan həsasslıq dəyişib. Bu gün çox şey səs-küyün, reytinqin üzərində qurulub. Bəzən, insan faktoru, insan hissləri ikinci, hətta son plana keçir desəm, yanılmaram. Sosial şəbəkənin, Facebook, İnstagram-ın təbii ki, rolu böyükdür. İnformasiyanın ictimaiyyət arasında geniş yayılmasında, insanlararası əlaqələrin daha sıx qurulmasında, reallıqların cəmiyyətə açıq güzgü kimi ötürülməsində onların hər birinin özünəməxsus  rolu var. Amma bütün bu müsbət tərəflərin fonunda, mənim üçün ən qorxulusu sosial şəbəkələrin insan hisslərini arxa plana salması, bir zamanlar insan üçün dəyərli olan insani münasibətlərin, hisslərin artıq getdikcə adiləşməsi, hətta  bəzən heçə çevrilməsidir. Ümid edirəm ki, insan dəyərinin öləcəyi günü görməyəcəyik.

- Yenidən nə zamansa televiziyaya qayıtmaq istəyərsizmi? Məsələn, həmkarınız Anar Nəcəfli hazırda məmur postunda olsa da, ARB kanalında veriliş aparır.

- Mən “Space” Teleradio şirkətində 1998-2004-cü illərdə çalışmışam. O illərdə kanalımızda öz imzası, öz dəsti-xətti olan, yüksək səviyyəli peşəkarlar çalışırdı. Onların hər birindən az da olsa öyrənmək, məsləhətlərini dinləmək, yeri gələndə bir zamanlar çox ağrılı görünən, lakin zaman keçdikcə deyilən sözlərin inkişafa nə qədər müsbət təsir etdiyini görmək qüruru hissi yaşadır. Mənim televiziyada Nadir Bədəlov, rəhmətlik Rafiq Hüseynov kimi müəllimlərim olub. Əminəm ki, bu cür böyük məktəb keçən insan üçün aparıcılıqdan uzaq düşmək, televiziyadan uzaq düşmək demək deyil. Əsas məsələ bünövrənin düzgün qoyulmasıdır.  Maraqlı təklif gələrsə, böyük məmnuniyyətlə onu dəyərləndirirəm.


- Samayə xanım, bir qədər də şəxsi həyatınızdan danışaq. Subay və gözəl xanımsınız. Hər halda elçiləriniz də az deyil. Ailə qurmaq barədə düşüncələrinizi eşitmək istərdik. Ümumiyyətlə, ailə dəyərləri necə olmalıdır?

- Bilirsiniz, insan çox böyük imkan, şərait, şan-şöhrət, ad-san, nüfuz sahibi ola bilər. Amma şəxsi münasibətlərdə cəsarətli, ürəkli, mərd  deyilsə, demək ki, onun insan olaraq heç bir dəyəri yoxdur. Təbii ki, mənə öz hisslərini etiraf edən, istəyini bildirən insanlar olub. Amma hələ ki qarşıma sözünün ağası olan, tam güvənə biləcəyim birisi çıxmayıb. Çıxarsa, təbii ki, şəxsi münasibətlər barədə ciddi düşünəcəm.
Ailə dəyərləri necə olmalıdır dedikdə isə  gözümün önünə, böyüyüb boya-başa çatdığım ailəm, valideynlərim, bacılarım, valideynlərimin biz övladlara, bir- birilərinə olan münasibəti, hörmət, anlayış və sevgiləri gəlir. Mənim üçün atam düşünən beynim, anam isə döyünən ürəyimdir. Atamla məsləhətləşir, anamla hiss edirəm. Mənə olan inamları, güvənləri, bir an belə əsirgəmədikləri sevgiləri, göstərdikləri sonsuz qayğı və diqqət üçün onlara təşəkkür edirəm. Qarşılarında baş əyirəm!

- Bəs gələcək həyat yoldaşınız hansı kriteriyalara sahib olmalıdır?

- Bilirsiniz, bu sala cavab verməyə düzü çətinlik çəkirəm. Hər şey bu qədər asan olsaydı, həyat tam fərqli qurulardı. Əminəm ki, qarşıma elə bir insan çıxdığı zaman, ürəyim və beynim mənə düz yolu göstərəcək...











Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib
21.02.2019, 11:29

BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib

Ermənistanın ən radikal siyasətçisi Qarabağı Ermənistana birləşdirmək istəyir
21.02.2019, 11:27

Ermənistanın ən radikal siyasətçisi Qarabağı Ermənistana birləşdirmək istəyir

Fazil Məmmədov əvvəlki biznesi ilə məşğul olmağa başlayıb   
21.02.2019, 11:18

Fazil Məmmədov əvvəlki biznesi ilə məşğul olmağa başlayıb  

“Khazar” Avtomobil Zavodunda 1000-dən çox avtomobil istehsal olunub
21.02.2019, 11:17

“Khazar” Avtomobil Zavodunda 1000-dən çox avtomobil istehsal olunub

Dini liderlər Xocalı soyqırımı ilə bağlı müraciət yaydılar
21.02.2019, 11:10

Dini liderlər Xocalı soyqırımı ilə bağlı müraciət yaydılar

İlham Əliyev həmsədrləri qəbul etdi  
21.02.2019, 10:59

İlham Əliyev həmsədrləri qəbul etdi  

ABŞ Suriyadan gedir - Türkiyənin addımlarından narahatdır
21.02.2019, 10:57

ABŞ Suriyadan gedir - Türkiyənin addımlarından narahatdır

“Gecə-gündüz xəbər axtarışındayıq” - Metbuat.az 2 yaşını qeyd edir   
21.02.2019, 10:47

“Gecə-gündüz xəbər axtarışındayıq” - Metbuat.az 2 yaşını qeyd edir  

Bakıda YANĞIN - Bir ailədən 4 nəfər yandı, 1-i öldü   
21.02.2019, 10:20

Bakıda YANĞIN - Bir ailədən 4 nəfər yandı, 1-i öldü  

“Bütün elmi tətqiqatların son nəticəsi fermerlərə yönəlib”
21.02.2019, 10:18

“Bütün elmi tətqiqatların son nəticəsi fermerlərə yönəlib”

Nohur balıqçılığı ilə bağlı suallar cavablandırıldı
21.02.2019, 10:12

Nohur balıqçılığı ilə bağlı suallar cavablandırıldı

BirBank istifadəçilərinin sayı 400 000-i keçdi
21.02.2019, 10:08

BirBank istifadəçilərinin sayı 400 000-i keçdi

“Hökumət problemli kreditlərlə bağlı qərar verəcək” - Deputatdan xoş XƏBƏR   
21.02.2019, 10:04

“Hökumət problemli kreditlərlə bağlı qərar verəcək” - Deputatdan xoş XƏBƏR  

Ermənilər cəbhədə təxribat törətdi
21.02.2019, 09:57

Ermənilər cəbhədə təxribat törətdi

SOCAR Gürcüstana satdığı qazı niyə bahalaşdırdı? - Şirkətdən AÇIQLAMA   
21.02.2019, 09:50

SOCAR Gürcüstana satdığı qazı niyə bahalaşdırdı? - Şirkətdən AÇIQLAMA  

“5 dəqiqəyə ABŞ-ın idarəetmə sistemlərini məhv edərik” - Kontr-admiral HƏDƏLƏDİ
21.02.2019, 09:43

“5 dəqiqəyə ABŞ-ın idarəetmə sistemlərini məhv edərik” - Kontr-admiral HƏDƏLƏDİ

Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdi   
21.02.2019, 09:40

Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdi  

Məzahir Süleymanzadəyə ağır itki üz verdi   
21.02.2019, 09:38

Məzahir Süleymanzadəyə ağır itki üz verdi  

Banqladeşdə yanğın nəticəsində 81 nəfər ölüb
21.02.2019, 09:27

Banqladeşdə yanğın nəticəsində 81 nəfər ölüb

“50 min mənzilə çıxarış veriləcək” - Deputat prezidentin sərəncamından DANIŞDI
21.02.2019, 09:05

“50 min mənzilə çıxarış veriləcək” - Deputat prezidentin sərəncamından DANIŞDI

AvroLiqada 1/16 final - Bu gecə 15 görüş keçiriləcək - TƏQVİM  
21.02.2019, 08:55

AvroLiqada 1/16 final - Bu gecə 15 görüş keçiriləcək - TƏQVİM  

Çempionlar Liqasında 1/8 final: “Atletiko” və “Mançester Siti”dən qələbə
21.02.2019, 08:52

Çempionlar Liqasında 1/8 final: “Atletiko” və “Mançester Siti”dən qələbə

Deputat: “Smartfon telefonlar çox ailələri dağıdır” - MÜSAHİBƏ  
21.02.2019, 08:42

Deputat: “Smartfon telefonlar çox ailələri dağıdır” - MÜSAHİBƏ  

“Sənan haqqında sağlığında olduğu kimi danışırıq” - Şəhid polkovnik-leytenantın XANIMI+FOTOLAR   
21.02.2019, 08:23

“Sənan haqqında sağlığında olduğu kimi danışırıq” - Şəhid polkovnik-leytenantın XANIMI+FOTOLAR  

Manat bu gün hansı məzənnədə olacaq?   
21.02.2019, 08:11

Manat bu gün hansı məzənnədə olacaq?  

Dünyada ilk qatlanan ekranlı smartfon
21.02.2019, 00:56

Dünyada ilk qatlanan ekranlı smartfon

Azərbaycanda Kiçik çillə başa çatdı
21.02.2019, 00:46

Azərbaycanda Kiçik çillə başa çatdı

“Humanist addımlar Əli İnsanova da şamil oluna bilər” - Deputat
21.02.2019, 00:17

“Humanist addımlar Əli İnsanova da şamil oluna bilər” - Deputat

 Azərbaycanın Avropada tanıdılmasının peşəkarı - Hüquq müdafiəçisi yazır
21.02.2019, 00:03

 Azərbaycanın Avropada tanıdılmasının peşəkarı - Hüquq müdafiəçisi yazır

Azərbaycanda qaz hasilatı artır
20.02.2019, 23:51

Azərbaycanda qaz hasilatı artır

Zəlzələ Türkiyəni silkələdi
20.02.2019, 23:27

Zəlzələ Türkiyəni silkələdi

Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi
20.02.2019, 23:11

Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi

Bu komanda Avropa Liqasının 1/8 finalında - VİDEO
20.02.2019, 22:56

Bu komanda Avropa Liqasının 1/8 finalında - VİDEO

Türkiyə ilə Avropa Birliyi müzakirələri təxirə salındı - RƏSMİ
20.02.2019, 22:38

Türkiyə ilə Avropa Birliyi müzakirələri təxirə salındı - RƏSMİ

Canavarlar Şəkiyə hücum etdi
20.02.2019, 22:17

Canavarlar Şəkiyə hücum etdi

Aşıqlardan Kəramətə cavab: “O, şəxsiyyətsiz adamdır, qanı qarışıqdır”
20.02.2019, 22:03

Aşıqlardan Kəramətə cavab: “O, şəxsiyyətsiz adamdır, qanı qarışıqdır”

Erməni nazir tualetdən canlı yayım etdi - VİDEO
20.02.2019, 21:49

Erməni nazir tualetdən canlı yayım etdi - VİDEO

Agentlik sədri canlı yayımda Balakən sakinini işə dəvət etdi
20.02.2019, 21:36

Agentlik sədri canlı yayımda Balakən sakinini işə dəvət etdi

Azərbaycan hərbiçilərinin Koreya hərbi məktəblərində təhsili müzakirə olundu
20.02.2019, 21:20

Azərbaycan hərbiçilərinin Koreya hərbi məktəblərində təhsili müzakirə olundu

Azərbaycan “Ümumdünya Radiorabitə Konfransı”nda təmsil olunur
20.02.2019, 21:07

Azərbaycan “Ümumdünya Radiorabitə Konfransı”nda təmsil olunur

Ata qızı ilə birlikdə Paşinyana görə özünü yandırdı
20.02.2019, 20:51

Ata qızı ilə birlikdə Paşinyana görə özünü yandırdı

Türkiyədə hərbi kazarmada partlayış: 5 yaralı
20.02.2019, 20:41

Türkiyədə hərbi kazarmada partlayış: 5 yaralı

Marsa pilotlu ekspedisiya 2030-cu ildə reallaşa bilər
20.02.2019, 20:28

Marsa pilotlu ekspedisiya 2030-cu ildə reallaşa bilər

“ASAN xidmət” modeli daha  8 ölkədə
20.02.2019, 20:15

“ASAN xidmət” modeli daha  8 ölkədə

Xəzərlə bağlı saziş layihəsinin bir sıra müddəaları razılaşdırılıb
20.02.2019, 20:01

Xəzərlə bağlı saziş layihəsinin bir sıra müddəaları razılaşdırılıb

Əhalinin bir ayda qazancı 3,8 milyard manat olub
20.02.2019, 19:48

Əhalinin bir ayda qazancı 3,8 milyard manat olub

Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
20.02.2019, 19:35

Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib

Türkiyə Rusiyadan S-400 komplekslərini almaqdan imtina etməyəcək
20.02.2019, 19:19

Türkiyə Rusiyadan S-400 komplekslərini almaqdan imtina etməyəcək

Netanyahu Rusiya səfərini təxirə saldı
20.02.2019, 19:03

Netanyahu Rusiya səfərini təxirə saldı

Bütün Avropa Qarabağ deyəcək
20.02.2019, 18:46

Bütün Avropa Qarabağ deyəcək

ARXİV