Modern.az

Adil Əliyev idmançılara dəstək üçün Slovakiyaya getdi  

Adil Əliyev idmançılara dəstək üçün Slovakiyaya getdi   

Aktual

12 Oktyabr 2018, 12:38

13-21 oktyabr tarixində Slovakiyanın Bratislava şəhərində WAKO versiyası üzrə böyüklər arasında Avropa Çempionatı keçiriləcək. Avropa Çempionatı kikboksinq idman növünün “Lou kik” və “kik layt” və “K-1”versiyalarında baş tutacaq.


Modern.az xəbər verir ki, yarışda idmançılara mənəvi dəstək üçün Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev, vitse-prezident Güloğlan Cabbarov da Slovakiyanın paytaxtına yola düşüblər. Artıq çempionatda neçə nəfərin iştirak edəcəyi müəyyənləşib.

Federasiyasının baş məşqçisi Elşən Abdülrəhman, məşqçilər Hakim Hacıyev, Telman Məhərrəmov, Fəxrəddin Quliyev, beynəlxalq dərəcəli hakim Elnur Aliyev və respublika dərəcəli hakim Aydın Ağabəyov, milli yığma komandanın rəisi Məhəmməd Babayev və 17 nəfərdən ibarət olmaqla qadın kikboksçu Nehir Rəcəbzadə ölkəmizi təmsil edəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır