Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün müsabiqə elan edib

QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün müsabiqə elan edib

Qarabağ

8 Dekabr 2009, 15:27

Modern.az xəbər verir ki, dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. 
Şuranın sədri, millət vəkili Azay Quliyev dekabrın 8-də keçirilən mətbuat konfransında bildirib ki, layihələr 7 əsas istiqamət olmaqla, 22 mövzu üzrə təqdim edilə bilər. İstiqamətlər üzrə ümumilikdə 903 min manat vəsait ayrılıb. Layihələr dekabrın 8-dən 2010-cu il yanvarın 15-i saat 17.00-dək təqdim edilə bilər. Müsabiqə siyasi fəaliyyət, dini fəaliyyət, ayrı-ayrı fərdlərə maddi yardım və təhsil üçün təqaüdləri dəstəkləmir. Müsabiqəyə hər QHT yalnız bir layihə təklifi təqdim edə bilər.
A.Quliyev əvvəlki müsabiqələr zamanı sənəd təqdim edərkən QHT-lərin bəzi texniki qüsurlarına göz yumulduğunu xatırladaraq deyib ki, bu müsabiqədə analoji hal olmayacaq: “Əvvəl hansısa kiçik qüsurlar olanda, hansısa sənədlər çatmayanda biz bunu QHT rəhbərliyinə bildirirdik. Bu dəfə isə başqa cür olacaq. QHT sənədlərini müsabiqəyə təqdim edəcək, hansı sənədlərin yerində olub-olmadığın QHT-yə deməyəcəyik. Sənədlərə baxıldıqdan sonra o, minimum tələblərə cavab verəcəyi halda, Şuranın Katibliyinə təqdim olunacaq”. Şura sədri bu müsabiqənin nəticələrinin 2010-cu il martın 10-dan sonra elan olunacağını bildirib.
Növbəti müsabiqə isə həmin ilin aprel ayında elan olunacaq. Şuranın müsabiqələrindən biri sərbəst mövzuda olacaq, digər müsabiqə isə beynəlxalq təşkilatlarla birgə elan ediləcək. Ümumilikdə Şura gələn il 4 müsabiqə elan etməyi planlaşdırır.

Şura ilk növbədə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, aşağıdakı istiqamət və mövzular üzrə layihələrə üstünlük verəcəkdir:

  İstiqamətlər və mövzular 1 layihənin maksimum dəyəri Ümumi fond
 I İnsan hüquqları və demokratiya 
1 Qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiəsi 15.000,0       35.000,0      
2 QHT-lərin ictimaiyyətlə əlaqələrinin genişləndirilməsi və onların bu sahədə peşəkarlığının artırılması 18.000,0       35.000,0      
3 Vətəndaşların sosial hüquqları ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsi 7.000,0       20.000,0      
  1-ci istiqamətin cəmi   90.000,0      
II   Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması    
4 Ermənistan Respublikasının Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və onun ağır nəticələri barədə müxtəlif vəsaitlərin hazırlanması və bu haqda  beynəlxalq ictimaiyyətin məlumatlandırılması 15.000,0       75.000,0      
  2-ci istiqamətin cəmi   75.000,0      
III Azərbaycanın dünya birliyinə inteqrasiyası    
5 Beynəlxalq aləmlə əlaqə  mexanizm və vasitələrinin təkmilləşdirilməsi 15.000,0       40.000,0      
  3-cü istiqamətin cəmi   40.000,0      
IV Ətraf mühitin mühafizəsi    
6 Ətraf mühitin mühafizəsinə həsr olunmuş reklam lövhələrinin, video çarxların hazırlanması və bu istiqamətdə ictimai kampaniyaların təşkili (aksiyalar, şou proqramlar, xeyriyyə tədbirləri, iməciliklər və s.) 8.000,0       30.000,0      
7 Ətraf mühitin mühafizəsində dair məktəblilər arasında maarifləndirmə işinin təşkili 5.000,0          25.000,0      
8 İctimai istirahət yerlərində ekoloji vəziyyətin monitorinqi və yaxşılaşdırılması istiqamətində təşəbbüslər 6.000,0       23.000,0      
9 Biomüxtəlifliyin mühafizəsi,  yeni meşələrin salınması üzrə pilot layihələr 10.000,0       50.000,0      
  4-cü istiqamətin cəmi   128.000,0      
V   Region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsi    
10 Region əhalisinin  sosial-iqtisadi problemlərinin həllinə dəstək 15.000,0       90.000,0      
11 Dağ rayonlarında kənd və eko turizmin inkişaf etdirilməsinə dəstək 8.000,0       40.000,0      
12 Region əhəmiyyətli digər ideya və təşəbbüslərə dəstək 8.000,0       75.000,0      
  5-ci istiqamətin cəmi   205.000,0      
VI   Təhsil və mədəniyyət    
13 Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbdənkənar məşğələlərin və kursların təşkili 10.000,0       40.000,0      
14 Dərsliklərin keyfiyyətinin və verilən mətinlərdə şagirdlərin fərqli idrakı imkanlarının nəzərə alınmasının araşdırılması 5.000,0       10.000,0      
15 Unudulmuş və unudulmaqda olan milli adət və ənənələrin dirçəldilməsinə dəstək 10.000,0       30.000,0      
  6-cı  istiqamətin cəmi   80.000,0      
VII   Sosial və iqtisadi məsələlər    
16 Gənclərin peşə hazırlığı  7.000,0       25.000,0      
17 Qadın və ailə məsələlərinə aid təşəbbüslərə dəstək  7.000,0             50.000,0      
18 Qaçqın və məcburi köçkünlərin, əlil, veteran və şəhid ailələrinin problemlərinin həllinə dəstək 10.000,0       90.000,0      
19 İnsan alveri ilə mübarizəyə həsr olunmuş təşəbbüslərə dəstək (profilaktik və maarifləndirmə tədbirləri, sosial reabilitasiya və cəmiyyətə inteqrasiya, dövlət proqramlarının icrasında QHT-lərin rolu və s. ) 8.000,0       50.000,0      
20 Narkomaniya  ilə mübarizəyə həsr olunmuş təşəbbüslərə dəstək 5.000,0       30.000,0      
21  Sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulmasına dəstək 7.000,0       25.000,0      
22 Azərbaycanın turizm potensialının öyrənilməsi, təbliği və peşəkar kadrların hazırlanmasına dəstək 8.000,0       15.000,0      
  7-ci istiqamətin cəmi   285.000,0      
       
  İstiqamətlər üzrə CƏMİ   903.000,0      





   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı