Modern.az

Cəzaların İcrası Məcəlləsinə yeni bölmə əlavə edildi

Cəzaların İcrası Məcəlləsinə yeni bölmə əlavə edildi

12 Oktyabr 2018, 13:06

Milli Məclisin bu gün keçirilən iclasında Cəzaların İcrası Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

 

Modern.az-ın məlumatına görə, iclasda bildirilib ki, məcəlləyə VIII bölmə əlavə edilib.

 

Yeni bölmənin 183-cü (Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin icrası qaydası) maddəsinə əsasən, Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə yekun qərar çıxarmış məhkəmə həmin qərar qanuni qüvvəyə mindikdən sonra onun surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

 

Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir.

 

184-cü (xüsusi müsadirə cinayət-hüquqi tədbirinin icrası zamanı icra məmurunun vəzifələri) maddəsində isə qeyd olunub ki, icra məmuru məhkəmənin yekun qərarının surətini, qərarın icrası barədə göstərişi aldıqdan sonra dərhal əmlak siyahısında göstərilən əmlakın mövcudluğunu yoxlayır. Müsadirə edilən əmlak plomblanır və ya möhürlənir və bu barədə tərtib edilən müvafiq siyahıda qeydlər edilir. Müsadirə edilən əmlakın saxlanılması üçün icra məmuru tərəfindən tədbirlər həyata keçirilməlidir. 185-ci (Xüsusi müsadirə edilməli əmlakla əladədar digər şəxslərin vəzifələri) maddəsinə əsasən, xüsusi müsadirə edilməli əmlka hüquqi və ya fiziki şəxslərdə, yaxud dövlət qurumunda olarsa, onlar bu barədə məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanına xəbər verməlidirlər. Hüquqi və fiziki şəxslər, həmçinin dövlət qurumunda onlara saxlanılmaq üçün verilən müsadirə edilən əmlakın qorunub-saxlanılmasını təmin etməlidir.

 

Müsadirə edilən əmlakın gizlədilməsinə, israf edilməsinə, özgəninkiləşdirilməsinə və ya dəyişdirilməsinə görə təqsirli şəxslər qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar. Bölmənin 186-cı (Xüsusi müsadirə edilən əmlakın müvafiq icra hakimiyyəti orqanına verilməsi) maddəsində bildirilib ki, barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilən şəxsin müsadirə edilən əmlakı, bu əmlak barəsində irəli sürülən bütün tələblər qanunla müəyyən edilmiş qaydada təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanına verilir. Xüsusi müsadirə edilən əmlakın dövlət nəfinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 187-ci (Məhkəmənin yekun qərarının icrasından sonra aşkar edilən əmlakın müsadirəsi) maddəsində qeyd olunub ki, xüsusi müsadirə cinayət-hüquqi tədbiri icra edildikdən sonra barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilən şəxsin xüsusi müsadirə olunmalı olan digər əmlakı aşkar edildiyi hallarda, icra məmuru yekun qərar çıxaran məhkəməyə və ya yekun qərarın icra edildiyi yerin məhkəməsinə həmin əmlakın müsadirə edilməsi barədə təqdimat verir. 188-ci (Cərimə cə xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirin icrası qaydası) maddəsinə əsasən, hüquqi şəxslər barəsində tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbir Cinayət Məcəlləsinin 15-2-ci fəslinin xüsusiiyyətləri nəzərə alınmaqla, bu məcəllənin müvafiq olaraq IV fəslinə uyğun olaraq icra edilir. Hüquqi şəxslər barəsində tətbiq edilən xüsusi müsadirə növündə cinatər-hüquqi tədbir Cinayət Məcəlləsinin 15-2-ci fəslinin xüsusiyyətləri nəzərə alınmaqla, bu məcəllənin müvafiq olaraq XXII fəslinə uyğun olaraq icra edilir. 189-cu (Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə cinayət-hüquqi tədbirin icrası qaydası) maddəsində bildirilib ki, hüquqi şəxs müəyyən fəaliyyətlə məşğul olma hüququndan çəhrumetmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minən yekun qərarının surəti icra edilməsi üçün dərhal hüquqi şəxsin olduğu yerin icra məmuruna göndərilir. Hüquqi şəxs müəyyən fəaliyyət növünə lisensiya və ya icazə əsasında həyata keçirdikdə, icra məmuru məhkəmə qərarının surətini 3 gün müddətində lisenziya verən orqana göndərir. Həmin orqan qərarın surətini aldığı gündən 3 gün müddətində lisenziyanı ləğv edir və bu barədə icra məmuruna məlumat verir. Hüquqi şəxs müəyyən fəaliyyət növünü lisenziya və ya icazə əsasında həyata keçirmədikdə, icra məmuru 3 gün müddətində məhkəmə qərarının surətini hüquqi şəxslərin dövlət reyestrinə müvafiq fəaliyyət növü ilə məşğulolma hüququndan məhrumetmə barədə qeydin 10 gün ərzində daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına, habelə cinayət-hüquqi tədbirin icrasınanəzarət edilməsi üçün icra məmuruna göndərir.

 

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq dəyişiklik dövlət qeydiyyatına alındıqdan sonra 2 gün müddətinə icra məmuruna məlumat verilir. 190-cı (Hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbirinin icrası qaydası) maddəsinə əsasən, hüquqi şəxsi ləğvetmə haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur.

 

Həmin qərar qanuni qüvvəyə mindikdən sonra onun surəti icra edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına, habelə cinayət-hüquqi tədbirin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Hüquqi şəxsin ləğvi Mülki Məcəlləyə uyğun olaraq həyata keçirilir. Hüquqin şəxsin ləğvi başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətinə bu barədə yekun qərarı çıxaran məhkəməyə və cinayət-hüquqi tədbirin icrasına nəzarəti həyata keçirən icra məmuruna məlumat verir.

 

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir