Modern.az

Sürüşmə ərazisindəki evlərin qazı kəsildi

Sürüşmə ərazisindəki evlərin qazı kəsildi

12 Oktyabr 2018, 16:03

Bakının Badamdar qəsəbəsində sürüşmə baş verən ərazidəki mənzillərə təbii qazın verilişi dayandırılıb.

 

Bu barədə Modern.az-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev məlumat verib.

 

İ.Kərbalayev qeyd edib ki, 11 fərdi evə təbii qazın verilişi dayandırılıb: "Hazırda əməkdaşlarımız hadisə yerindədirlər. Günün sonuna qədər veriləcək qərarı gözləyirik. Qərardan asılı olaraq əraziyə qazın verilib verilməyəcəyi məlum olacaq".

 

2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilmiş istnad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb. Vətəndaşların və Badamdar yolundan keçən avto nəqliyyat vasitələrinin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şossesinin bu əraziyə düşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

 

Əraziyə yaxın obyeklərini fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

 

 Hazırda ərazidə araşdırmalar aparılır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir