Modern.az

Azərbaycan və Hindistan Hökumətlərarası Komissiyanın iclası keçirilib

Azərbaycan və Hindistan Hökumətlərarası Komissiyanın iclası keçirilib

12 Oktyabr 2018, 16:26

Azərbaycan Respublikası və Hindistan Respublikası arasında Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti Hindistanın Nyu Deli şəhərində səfərdədir.

 

Modern.az xəbər verir ki, səfərin məqsədi 11-12 oktyabr 2018-ci il tarixlərində keçiriləcək Azərbaycan  Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında iştirak etməkdir.

 

Səfər çərçivəsində keçirilən görüşlərdə Xarici İşlər, İqtisadiyyat, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar,Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət, Təhsil, Səhiyyə nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Turizm, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentlikləri, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", “Azərbaycan Dəmir Yolları", “Azərbaycan Hava Yolları”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri də iştirak edir.

 

İclasda  iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın statusu nəzərdən keçirilib, ətraf mühitin mühafizəsi, investisiya, nəqliyyat, enerji, maliyyə, mədəniyyət, əczaçılıq, kənd təsərrüfatı, heyvandarlıq, rabitə və informasiya texnologiyaları və dağ-mədən sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Sonda Azərbaycan Respublikası və Hindistan Respublikası arasında  Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol və 2019-2023-cü illər üzrə Mədəni Mübadilə proqramı imzalanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu