Modern.az

Qalmaqallı filmHollivud Ayda ABŞ-ı bayrağından məhrum etdi 

Qalmaqallı film: Hollivud Ayda ABŞ-ı bayrağından məhrum etdi 

12 Oktyabr 2018, 14:42

Dünya premyerasına bir gün qalmış “Park Cinema Flame Towers”-də “Aydakı adam” bədii filminin qapalı nümayişi keçirilib. Tədbirdə KİV nümayəndələri, tanınmış simalar, bloqqerlər, aktyorlar, prodüserlər və rejissorlar iştirak ediblər.

ABŞ istehsalı olan ekran əsəri IMAX formatında çəkilib. Filmin rejissoru Demen Şazell tamaşaçıya məşhur “La-La Lend” filmindən tanışdır. Baş rolu Rayan Qoslinq, rolları Kler Foy, Pablo Şrayber, Kristofer Ebbot, Kayl Çandler ifa edir.

Qeyd edək ki, tanınmış astronavt Nil Armstronqa və insanın aya ayaq basmasına həsr edilmiş film barədə uzun müddət fikir mübadiləsi aparılıb. Çəkilişlərin hələ 2003-cü ildə baş tutacağı gözlənilib. O zaman ehtimal edilirdi ki, filmin rejissoru Klint İstvud olacaq. Lakin çəkilişlər dəfələrlə təxirə salınıb, studiyalardan, rejissorlardan imtina edilib, dəyişilib. Sonda rejissor işi D. Şazellə həvalə olunub.

Filmin süjet xəttinin əsasında Nil Armstronqun tərcümeyi-halı dayanır. Film tarixdə ilk dəfə Ay səthinə enmiş “Apollon 11” gəmisinin əfsanəvi astronavtının bəzi illərinə həsr edilib. Filmdə ABŞ bayrağının Ay səthinə sancılması səhnəsi bu ölkə üçün yüksək qürur dərəcəsi hesab olunur. 

Yeri gəlmişkən, maraqlı fakt, filmin tam olaraq IMAX kamerası ilə çəkilməsi idi ki, bu da tamaşaçıya bu günün ən yaxşı effektlərini hiss etdirməyə imkan yaradır.

Filmi “ParkCinema” kinoteatrlarında rus və ingilis dillərində, Azərbaycan subtitrləri ilə seyr edə bilərsiniz.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir