Modern.az

“İmtahana 6 ay qalmış qəbul qaydalarını dəyişmək düzgün deyil” - DEPUTAT

“İmtahana 6 ay qalmış qəbul qaydalarını dəyişmək düzgün deyil” - DEPUTAT

12 Oktyabr 2018, 17:17

“Prezident İlham Əliyevin 15 illik fəaliyyəti dövründə təhsil sahəsində mühüm addımlar atılıb, minlərlə yeni məktəb  tikilərək istifadəyə verilib. 150-dən çox modul tipli məktəb tikilib. Bu sahədə görülən işlər təqdirəlayiqdir”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin iclasında deyib.

Milli Məclisdə Azərbaycan vətəndaşlarının rus dilli bölmələrə meyllənməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən deputat deyib ki, buna səbəb postsovet məkanında rus dilində təhsil alanların övlad və nəvələrini bu istiqamətə yönətmələridir.

“Sırf tələb təkliflə bağlı olaraq insanlarımız uşaqlarını rus dilli məktəblərə qoyur. Digər dillərdə də ödənişsiz dövlət hesabına məktəblərin açılmalıdır”.

S.Novruzov qeyd edib ki, bu gün ictimaiyyəti narahat edən əsas məsələ ali məktəblərə qəbul qaydalarının dəyişməsidir.

“Bizim bu istiqamətdə sistemli proqramlarımız olmalıdır. Həm Dövlət İmtahan Mərkəzi, həm Təhsil Nazirliyi, həm Azərbaycan Milli Elmlər Akademiyası, həm də rektorlar dəvət olunaraq qəbul imtahanları ilə bağlı vahid strategiya müəyyənləşdirilməlidirlər. Düzdür, son dövrlər bu sahədə yüngülləşdirmə həyata keçirilib. Lakin imtahana 6 ay qalmış qəbul qaydaları ilə bağlı dəyişiklik etmək düzgün deyil. Təsəvvür edin ki, abituriyentlər bəlli bir istiqamətdə ali məktəbə hazırlaşır. Lakin imtahana 6 ay qalmış bu qaydalar dəyişir. Yarım ilə hazırlaşıb ali məktəbə girmək olmur. Ali məktəbə daxil olmaq üçün ən azı 3 il hazırlıq lazımdır. Bu baxımdan məsələnin həlli ilə bağlı vahid forma tapmalıyıq ki, vətəndaşlarımız da bunu düzgün qiymətləndrirə bilsinlər”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir