Modern.az

Merkeli kansler postunda kim əvəzləyə bilər?

Merkeli kansler postunda kim əvəzləyə bilər?

12 Oktyabr 2018, 18:50

Almaniya kansleri Angela Merkelin hakimiyyəti get-gedə zəifləyir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xanım kansler rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı partiyasının daxilində ciddi müqavimətlə üzləşir.

Bu fonda 2005-ci ildən partiyaya rəhbərlik edən siyasətçinin yerinə yeni namizədin irəli sürülməsi gündəmə gəlir.

 

Avrozonada iqtisadi böhran zamanı məhz Merkelin soyuq məntiqi Avropa Birliyini dağılmaqdan xilas etmişdi. Digər tərəfdən, miqrasiya böhranı zamanı məhz xanım siyasətçinin suriyalı qaçqınları qəbul etmək siyasəti də dəstək qazanmışdı.

2015-ci ildə milyondan artıq qaçqını ölkəyə buraxmaq qərarı verməklə Angela Merkel həm də ciddi elektorat itkisi ilə də üzləşmişdi.

 

Siyasi problemlər alman ekspertlərin kanslerin gələcək siyasi aqibəti ilə bağlı müzakirələrini intensivləşdirib. Hesab olunur ki, Merkel yaxın 18-24 ay ərzində hökumətə rəhbərlik edəcək və bu müddət bitdikdən sonra yeni kanslerə ehtiyac olacaq.

 

Onlar arasında ən şanslıları kimi Xristian-Demokrat İttifaqı Partiyasının yeni baş katibi Anneqret Kramp-Karrenbauer, səhiyyə naziri Yens Şpan, partiyanın parlamentdəki fraksiya rəhbəri Ralf Brinkhaus və müdafiə naziri Ursula fon der Lyaen yer alıb. Namizədlər arasında ən az şans 8 uşaq anası Ursula fon der Lyaenə məxsusdur.  

 

     

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi