19 fevral 2019, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - “Qarabağın erməni və azərbaycanlı icmalarının birgə yaşayış imkanları yarana bilər”
“Qarabağın erməni və azərbaycanlı icmalarının birgə yaşayış imkanları yarana bilər”
12.10.2018, 18:30

"Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinə insan hüquqları donu geyindirməsi cəhdləri və Azərbaycanın guya erməni əhali olmadan əraziləri tələb etməsi barədə iddiaları tamamilə əsassızdır və cəfəngiyatdır".

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

 

Onun sözlərinə görə, Ermənistan BMT Nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycanın ərazilərini, o cümlədən Dağlıq Qarabağ bölgəsini və yeddi ətraf rayonu işğal edib və həmin ərazilərdə qondarma separatçı rejim yaradıb: "Ermənistan Azərbaycana qarşı təcavüzünün tərkib hissəsi olaraq, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan çoxsaylı hərbi cinayətlər, insanlıq əleyhinə cinayət əməlləri törədib. İşğal edilmiş Dağlıq Qarabağın azərbaycanlı icmasına və ətraf rayonların sakinlərinə qarşı qanlı etnik təmizləmə törətməklə Ermənistan yerli azərbaycanlı əhali olmadan həmin əraziləri qanunsuz yolla ilhaq etmək kimi məqsədlər güddüyünü açıq şəkildə nümayiş etdirir. Bir milyondan artıq azərbaycanlı məcburi köçkün və qaçqının ən ümdə hüquqlarını kobud şəkildə pozduğu halda, Ermənistanın insan hüquqlarından danışması hər hansı siyasi, hüquqi və mənəvi çərçivəyə sığmır. Bu siyasətin davamı olaraq, Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə inkar etməyə çalışır. Həmçinin hər bir vəchlə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun yaradılmasına imkan vermir".

Hikmət Hacıyev bildirib ki, fundamental insan hüquq və azadlıqları universal xarakter daşıyır və bütün insanlığa şamil olunaraq bərabər əsasda və ayrı-seçkilik olmadan tətbiq olunmalıdır: "1993-cü il Vyana Bəyannaməsi və Fəaliyyət Proqramında təsbit olunduğu kimi, “bütün insan hüquqları universaldır, ayrılmazdır, qarşılıqlı şəkildə asılı və bağlıdır”. İnsan hüquqları üzrə beynəlxalq sənədlərdə aydın şəkildə təsbit olunub ki, başqalarının hüquqlarının pozulması halında heç bir hüquq və azadlıq ifadə oluna bilməz. Ermənistanın bu cür iddiaları işğal siyasətini gizlətmək, real vəziyyət barədə qeyri-həqiqi təəssürat yaratmaq və beynəlxalq ictimaiyyəti aldadaraq, münaqişənin əsasını təşkil edən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin hərbi işğalı faktından diqqəti yayındırmaq cəhdlərindən başqa bir şey deyil. Ermənistan başa düşməlidir ki, hərbi təcavüz və qanlı etnik təmizləmə və insan hüquqlarının kütləvi şəkildə və kobud pozulması ilə müşayiət olunan vəziyyət heç vaxt legitim qəbul oluna bilməz. Ona görə də beynəlxalq ictimaiyyət yekdilliklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. İşğalçılıq siyasətinə son qoymadan və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirmədən Ermənistanın demokratik və sivil cəmiyyət qurmaq barədə iddiaları sözdən başqa bir şey deyil. Monoetnik dövlət olan Ermənistandan fərqli olaraq, Azərbaycan multikultural və inklüziv cəmiyyətə malik dövlətdir. Müxtəlif etnik və dini icmalar Azərbaycanda əsrlər boyu sülh şəraitində birgə yaşayırlar. Bu gün dövlət siyasəti ilə bu ənənələr daha da gücləndirilir".

PA rəsmisi vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması ilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşayışı üçün imkanlar yarana bilər. Nəticə etibarilə də regionda davamlı sülh, sabitlik və təhlükəsizlik təmin olunar.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edildi
19.02.2019, 14:51

“Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edildi

Əflatun Amaşov: “Ağsu dolaylarında erməni radio dalğaları eşidilir”
19.02.2019, 14:47

Əflatun Amaşov: “Ağsu dolaylarında erməni radio dalğaları eşidilir”

“90-cı illərdə özünü lider hesab edənlər akivləşiblər” – Deputat sərt DANIŞDI
19.02.2019, 14:42

“90-cı illərdə özünü lider hesab edənlər akivləşiblər” – Deputat sərt DANIŞDI

İlham Əliyev keçmiş səfiri yeni vəzifəyə təyin etdi
19.02.2019, 14:42

İlham Əliyev keçmiş səfiri yeni vəzifəyə təyin etdi

Sumqayıtda mənzildə qadın meyiti aşkarlandı
19.02.2019, 14:37

Sumqayıtda mənzildə qadın meyiti aşkarlandı

Piştaxtasında siçan gəzən “Gəncə Cake House”ın fəaliyyəti DAYANDIRILDI
19.02.2019, 14:35

Piştaxtasında siçan gəzən “Gəncə Cake House”ın fəaliyyəti DAYANDIRILDI

Binəqədidə 12 dilənçi saxlanıldı
19.02.2019, 14:32

Binəqədidə 12 dilənçi saxlanıldı

Yaddaş düşüncələri... - VİDEO
19.02.2019, 14:32

Yaddaş düşüncələri... - VİDEO

Azərbaycanda yeni medal təsis edildi
19.02.2019, 14:18

Azərbaycanda yeni medal təsis edildi

Spiker deputata etiraz etdi: “Zəhmət çəkib hazırlaşsınlar”
19.02.2019, 14:09

Spiker deputata etiraz etdi: “Zəhmət çəkib hazırlaşsınlar”

“Qırıcı təyyarələr almaq istəyi lüzumsuz pul xərcidir” - Ekspert Yerevanı BİABIR ETDİ
19.02.2019, 14:08

“Qırıcı təyyarələr almaq istəyi lüzumsuz pul xərcidir” - Ekspert Yerevanı BİABIR ETDİ

Azərbaycanda reklam yerlərinin siyahısı genişləndirildi   
19.02.2019, 14:05

Azərbaycanda reklam yerlərinin siyahısı genişləndirildi  

“Bunların arxasında leş mafiyası durur” – Çingiz Qənizadə
19.02.2019, 14:04

“Bunların arxasında leş mafiyası durur” – Çingiz Qənizadə

Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlandı
19.02.2019, 13:42

Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlandı

Vəzifəlilər 700, hüquqi şəxslər 2500 manat cərimələnəcəklər - DƏYİŞİKLİK
19.02.2019, 13:40

Vəzifəlilər 700, hüquqi şəxslər 2500 manat cərimələnəcəklər - DƏYİŞİKLİK

Milli Məclis Azərbaycandakı gənc ailələrin yaşını MÜƏYYƏNLƏŞDİRDİ
19.02.2019, 13:36

Milli Məclis Azərbaycandakı gənc ailələrin yaşını MÜƏYYƏNLƏŞDİRDİ

Balakəndə heyvanlar peyvəndləndi
19.02.2019, 13:33

Balakəndə heyvanlar peyvəndləndi

Gəncədə sakinlər icra başçısına şikayət etdilər
19.02.2019, 13:29

Gəncədə sakinlər icra başçısına şikayət etdilər

Bakıda silahlı şəxs saxlanıldı
19.02.2019, 13:28

Bakıda silahlı şəxs saxlanıldı

İlham Əliyev Türkiyə parlamentinin azərbaycanlı deputatını qəbul etdi - YENİLƏNİB
19.02.2019, 13:26

İlham Əliyev Türkiyə parlamentinin azərbaycanlı deputatını qəbul etdi - YENİLƏNİB

Baş epidemioloq qripin artdığını təsdiqlədi: “Əyninizi qalın geyinin!”
19.02.2019, 13:19

Baş epidemioloq qripin artdığını təsdiqlədi: “Əyninizi qalın geyinin!”

“Kim söyüş söyürsə, həmin söyüşlər, onların özlərinə və ailələrinə aiddir” - Deputat
19.02.2019, 13:15

“Kim söyüş söyürsə, həmin söyüşlər, onların özlərinə və ailələrinə aiddir” - Deputat

“Bankların faiz dərəcələri aşağı salınmalıdır”
19.02.2019, 13:12

“Bankların faiz dərəcələri aşağı salınmalıdır”

Sabahın hava PROQNOZU açıqlandı   
19.02.2019, 13:11

Sabahın hava PROQNOZU açıqlandı  

Minimum pensiya artımı təsdiqləndi - 160 manat  
19.02.2019, 13:08

Minimum pensiya artımı təsdiqləndi - 160 manat  

Çoxmənzilli binaların istismarına icazə verilməsi sadələşdirildi - FƏRMAN
19.02.2019, 13:05

Çoxmənzilli binaların istismarına icazə verilməsi sadələşdirildi - FƏRMAN

“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİ  
19.02.2019, 12:54

“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİ  

Çikaqoda yaşayan azərbaycanlı cütlük...   
19.02.2019, 12:53

Çikaqoda yaşayan azərbaycanlı cütlük...  

Sarksiyanın qardaşı oğurladığı 18,5 milyon dolları geri verdi
19.02.2019, 12:53

Sarksiyanın qardaşı oğurladığı 18,5 milyon dolları geri verdi

“Rəqabət Məcəlləsi təcili qəbul olunmalıdır” - Deputatdan ÇAĞIRIŞ   
19.02.2019, 12:46

“Rəqabət Məcəlləsi təcili qəbul olunmalıdır” - Deputatdan ÇAĞIRIŞ  

Milli Məclis iki komitənin səlahiyyətlərini dəyişdi  
19.02.2019, 12:40

Milli Məclis iki komitənin səlahiyyətlərini dəyişdi  

Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ   
19.02.2019, 12:37

Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ  

Əmanətlərin sığortalanma müddəti daha 1 il artırıldı
19.02.2019, 12:24

Əmanətlərin sığortalanma müddəti daha 1 il artırıldı

Unutmağa haqqım yox … – tələbəsi Kamal Abdulladan yazır
19.02.2019, 12:18

Unutmağa haqqım yox … – tələbəsi Kamal Abdulladan yazır

Üç deputat yeni komitəyə qəbul olundu  
19.02.2019, 12:06

Üç deputat yeni komitəyə qəbul olundu  

Canavarlar kəndlərə hücum etdi - İşçi Qrupu yaradıldı
19.02.2019, 12:01

Canavarlar kəndlərə hücum etdi - İşçi Qrupu yaradıldı

Gözəllik salonuna 15 min manat ziyan vuran şəxs tutuldu   
19.02.2019, 11:58

Gözəllik salonuna 15 min manat ziyan vuran şəxs tutuldu  

İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul etdi
19.02.2019, 11:42

İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul etdi

Qarın hündürlüyü 12 sm-ya çatıb - FAKTİKİ HAVA
19.02.2019, 11:38

Qarın hündürlüyü 12 sm-ya çatıb - FAKTİKİ HAVA

Ermənistanın sabiq baş naziri siyasətə qayıdır
19.02.2019, 11:37

Ermənistanın sabiq baş naziri siyasətə qayıdır

Sosial müavinətlər və təqaüdlər də artırılacaq - Nazir anons verdi
19.02.2019, 11:23

Sosial müavinətlər və təqaüdlər də artırılacaq - Nazir anons verdi

Toy karvanı dəhşətli qəzaya düşdü: 13 ölü, 18 yaralı
19.02.2019, 11:23

Toy karvanı dəhşətli qəzaya düşdü: 13 ölü, 18 yaralı

“Pensiya artımı 140 min əlilə şamil ediləcək” - Nazir
19.02.2019, 11:19

“Pensiya artımı 140 min əlilə şamil ediləcək” - Nazir

Eldar Əzizov töhmət verdiyi baş direktoru işdən çıxardı
19.02.2019, 11:14

Eldar Əzizov töhmət verdiyi baş direktoru işdən çıxardı

Xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli ASANLAŞIR
19.02.2019, 11:07

Xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli ASANLAŞIR

Yollardakı son VƏZİYYƏT - 5-10 sm qar
19.02.2019, 11:06

Yollardakı son VƏZİYYƏT - 5-10 sm qar

Tramp Venesuela hərbçilərinə çağırış etdi
19.02.2019, 10:40

Tramp Venesuela hərbçilərinə çağırış etdi

Bakı Ali Neft Məktəbində sammit keçirildi
19.02.2019, 10:37

Bakı Ali Neft Məktəbində sammit keçirildi

Ötən ildən axtarışda olan şəxs saxlanılıb
19.02.2019, 10:36

Ötən ildən axtarışda olan şəxs saxlanılıb

Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə QRAFİKİ açıqlandı   
19.02.2019, 10:34

Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə QRAFİKİ açıqlandı  

ARXİV