Modern.az

Qusarda ayı mal-qaranı parçaladı

Qusarda ayı mal-qaranı parçaladı

12 Oktyabr 2018, 23:43

Qusarda ayı mal-qaraya hücum edib. Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qusarın Suvacal kəndində, örüşə buraxılan mal-qara ayı hücumuna məruz qalıb.

 

Kənd sakinlərinin sözlərinə görə, kənddə yaşayan Cavid Qayıtmazov, Ərziman İbrahimov və Zabit Qayıtmazovun 3 baş iribuynuzlu heyvanlarını ayı örüş sahəsində parçalayıb.

 

Sakinlər hadisədən bir gün sonra xəbər tutublar.

 

Mal-qarasına ziyan dəymiş sakinlər bildiriblər ki, örüşə gedən heyvanlar geri qayıtmayıb. Onlar ertəsi gün həmin əraziyə baxdıqda görüblər ki, 3 baş inəyi ayı otlaq yerində parçalayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?