Modern.az

Sürüşmə zonasında təhlükə artdı: Torpaq qatı asfaltın üstünə qədər gəldi

Sürüşmə zonasında təhlükə artdı: Torpaq qatı asfaltın üstünə qədər gəldi

13 Oktyabr 2018, 10:13

Bakı şəhərinin Səbail rayonunda, Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib.

Modern.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır.

İ.İbrahimova sürüşmənin dinamikasında aktivliyin davam etdiyini də açıqlayıb.

Xatırladaq ki, ötən gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub