Modern.az

Azərbaycan Avtomobil Federasiyası XII Azərbaycan beynəlxalq təhsil sərgisində

Azərbaycan Avtomobil Federasiyası XII Azərbaycan beynəlxalq təhsil sərgisində

Aktual

13 Oktyabr 2018, 12:05

Azərbaycan Avtomobil Federasiyası (AAF)  Bakı Ekspo Mərkəzində keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisində (“Education 2018”) iştirak edir.

 

“Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgidə AAF-ın Beynəlxalq Avtomobil Federasiyasının (FIA) kampaniyaları çərçivəsində ölkəmizdə həyata keçirdiyi “Uşaqları xilas edək”, “Təhlükəsiz məktəb yolları” və “Uşaqlar üçün sürəti azalt” layihələri təqdim olunur. Federasiyanın stendində, həmçinin uşaqlar üçün yol hərəkəti qaydaları barədə maarifləndirici nəşrlər təqdim edilir.

 

Eyni zamanda burada AAF və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində azyaşlılara yol hərəkəti təhlükəsizliyinə dair interaktiv dərslər keçirilir.  “Education 2018”  sərgisi oktyabrın 13-də başa çatır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır