Modern.az

Bakıda sərnişin avtobusu qəza törətdi - ölən var

Bakıda sərnişin avtobusu qəza törətdi - ölən var

13 Oktyabr 2018, 12:34

Bakıda sərnişin avtobusunun qəza törətməsi nəticəsində bir nəfər ölüb.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

oktyabrın 12-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi MAN markalı yük avtomobilinə vurub. Nəticədə MAN markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?