Modern.az

Azərbaycanlı dənizçilər Qara dənizdə batmış teploxoddan xilas edildilər

Azərbaycanlı dənizçilər Qara dənizdə batmış teploxoddan xilas edildilər

Aktual

13 Oktyabr 2018, 15:47

Qara dənizdə Panama bayrağı altında üzən və metal qalıqları daşıyan teploxod batıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin (Rosmorreçflot) Mətbuat xidmətindən bildiriblər.

Gəmi Azov limanından yola çıxıb və sahildən 50 mil məsafədə olub.

Teploxodun bütün ekipajı - iki Türkiyə və altı Azərbaycan vətəndaşı xilas edilib. Yunanıstan bayrağı altında üzən tanker onları Novorossiyskə çatdırıb.

"Rosmorreçflot"dan verilən məlumata görə, xlas edilən dənizçilərin həyatları və sağlamlıqları üçün təhlükə yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır